Pazar , Kasım 29 2020

Elçin Əmirbəyov: Beynəlxalq təşkilatlar Ermənistan hökumətinə təzyiq göstərməli və Ermənistanın hücumlarının qarşısı alınmalıdır

Azərbaycan Moskvada əldə edilmiş razılaşmaya əsasən münaqişənin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirdi. Lakin Ermənistan hətta mülki əhaliyə qarşı hücumlarını davam etdirməkdədir.

Sen.AZ Trend-ə istinadən bildirir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib.

E. Əmirbəyov deyib ki, Ermənistan ötən gecə Gəncəni bombalayıb: “Bu, Ermənistanın münaqişənin sülh yolu ilə həllini istəmədiyini göstərdi. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələdə Ermənismtan hökumətinə təzyiq göstərməli və Ermənistanın hücumlarının qarşısı alınmalıdır”.

About FERZELIYEV

Check Also

Ermənilər Qarabağa 150 il əvvəl gəldiklərini BELƏ ETİRAF ETDİLƏR – FOTO

Məlum olduğu kimi, 1828-ci ilin 10 fevral tarixində imzalanan “Türkmənçay müqaviləsi”nin 15-ci maddəsində ermənilərin indiki …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir