Çərşənbə axşamı , Fevral 7 2023

DYP-dən kəskin hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, soyuq və yağıntılı keçəcəyi proqnozlaşdırılır. 

Sen.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi hava durumu ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib. 

“DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi, digər hərəkət iştirakçılarına qarşı nəzakətli davranmağı xahiş edir.

Yağışlı havalarda yol örtüyünün yaş olması sürüşmə ehtimalını artırdığı üçün sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq kifayət qədər ara məsafəsi saxlamalı, sürət həddini minimuma endirməli, ötmə və manevretmə zamanı diqqətli olmalı, eləcə də nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.

Bununla yanaşı sürücülərə güclü külək əsən bölgələrdə nəqliyyat vasitələrini yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq saxlamaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında dayanmamaq tövsiyə olunur.

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”, – müraciətdə deyilir.

www.SEN.az

About FERZELIYEV

Check Also

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan …

Kuril adaları ərazisində zəlzələ baş verdi

Kuril adaları ərazisində 5,8 bal gücündə zəlzələ baş verib. Bu barədə fevralın 7-də Rusiya Elmlər …

“Caliber”: “Qarabağdan Krıma: avropalı deputatların korrupsiya şəbəkəsi ifşa olundu” – VİDEO

Qətərdə keçirilən dünya çempionatının ortasında Avropa Parlamentinin vitse-prezidenti, yunan siyasətçi Eva Kayli və digər üç …

Dövlət başçısı Vyetnamın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə …

Azərbaycan Ordusuna həyəcan siqnalı verilib – Xəbərlərin 12:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Fövqəladə Hallar Nazirliyinin daha 2 yardım təyyarəsi Türkiyəyə yola salınıb. …