Çərşənbə axşamı , Avqust 16 2022

Dörd nəfərdən hədə-qorxu ilə pul tələb edən baş redaktor saxlanılıb

Göygöl rayonunda sayt rəhbərinin heç bir səbəb göstərilmədən saxlanıldığı iddia edilib. 

Qeyd olunub ki, “Demokratik.az” saytının rəhbəri (baş redaktor) Osman Nərimanoğlu Göygöy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Sen.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Göygöl Rayon Polis Şöbəsinə dörd nəfər həmin baş redaktorun onlardan hədə-qorxu ilə pul tələb etməsi barədə müraciət edib:

“RPŞ-də həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Həmin araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

www.SEN.az

About FERZELIYEV

Check Also

Bu gün ali məktəblərə ixtisas seçimi başlayır

Kafedə Ukrayna mahnısı səsləndirən dicey on sutkalıq həbs edildi

Krım məhkəməsi kafedə Ukrayna mahnısı səsləndirən diceyin on sutkalıq həbs edilməsi barədə qərar qəbul edib. …

“Pfizer”in rəhbəri dörd peyvənddən sonra koronavirusa yoluxdu

ABŞ-ın “Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla …

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq. Aktyor italyan rəssam Amedeo Modilyani haqqında film çəkəcək. …

“Koronavirussuz cənnət”də yoluxma sayı iki dəfə artdı

Marşal adalarında koronavirusun yayılması səhiyyə böhranına səbəb olub. Dünya mətbuatında “koronavirussuz cənnət” adlandırılan ölkədə avqustun …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.