Bazar , İyul 3 2022

Cəlilabadda məktəb dağılmaq üzrədir – FOTO

Cəlilabad rayonunun Üçtəpə kənd 2 nömrəli ümumi orta məktəbi qəzalı vəziyyətdədir.

Bu barədə “SEN.az”un Muğan bürosuna məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.

Valideynlər bildiriblər ki, məktəb çoxdandır bu vəziyyətdədir və heç bir təmir-bərpa işləri aparılmır:

“Yağış, qar yağanda tavandan siniflərə tökülür. Təkcə sinif otaqları yox, müəllimlərin də oturduğu otağa da tökülür. Ümumiyyətlə məktəb qəzalı vəziyyətdədir. Burada hər an uçqun ola bilər”.

Problemlə bağlı sözügedən məktəbdən bildirilib ki, şəhid Həmid Poladovun adını daşıyan Üçtəpə 2 nömrəli məktəb uyğunlaşdırılmış binada yerləşib:

“Bina əvvələr ticarət obyekti kimi fəaliyyət göstərib.1995-ci ildən isə burada 2 saylı məktəb fəaliyyətə başlayıb. O gündən məktəb fəaliyyətini davam etdirsə də təmir edilməyib. Hazırda məktəbin yararsız olması haqda müvafiq qurumlara məlumat verilib. Təhsil nazirliyindən məktəb binasına baxış da keçirilib və yeni məktəb binasının tikilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, sözü gedən məktəbdə 300-ə yaxın şagird təhsil alır.

www.SEN.az

About FERZELIYEV

Check Also

Bakıda 37 yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb

İyulun 3-ü saat 18 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanın paytaxtın Suraxanı rayonu ərazisində yaşadığı …

Ukrayna ilə sərhəddə yerləşən Rusiya vilayətində partlayış: Ölən və yaralananlar var

Belqorodda (Rusiya) fövqəladə hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Bu barədə Belqorod vilayətinin …

Sumqayıtda parkda gecələyən ana və dörd övladından xəbərimiz var – Xəbərlərin 20:00 buraxılışı

Nə üçün kimsə danışmır?

Daha bir qadın Misirdə köpək balığının qurbanı oldu

Misirin Hurqada bölgəsində daha bir qadın köpək balığının hücumu nəticəsində ölüb. Bu barədə ölkənin Ətraf …