Çarşamba , Kasım 25 2020

Cəbhəboyu ərazilərdə raket başlığı və top mərmisinin qalıqları aşkarlanıb

Cəbhəboyu ərazilərdə raket başlığı və top mərmisinin qalıqları aşkarlanıb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları, Gəncə, Mingəçevir və Naftalan şəhərləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 31 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub.

ANAMA-dan SEN.AZ-a verilən məlumata görə, daxil olmuş 33 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Zəngişalı, 1-ci Alıbəyli kəndləri, Ağcabədi rayonunun Hacıbədəli, Tanyaq, Ağgöl, Yuxarı Qiyaməddinli, Hacılar, Şotanlı kəndləri və Hindarx qəsəbəsi, Füzuli rayonunun Şükürbəyli və Arayatlı kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Gəncə, Mingəçevir və Naftalan şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 300 mm-lik 9M528 raketinin döyüş başlığı, 2 ədəd partlamış “Toçka-U” taktiki raketinin (9M79M) və 31 ədəd müxtəlif çaplı partlamış top mərmisinin qalıqları aşkar olunub.

About FERZELIYEV

Check Also

Ermənilər Qarabağa 150 il əvvəl gəldiklərini BELƏ ETİRAF ETDİLƏR – FOTO

Məlum olduğu kimi, 1828-ci ilin 10 fevral tarixində imzalanan “Türkmənçay müqaviləsi”nin 15-ci maddəsində ermənilərin indiki …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir