Çərşənbə axşamı , Yanvar 20 2026

Britaniyanın Ukraynaya tədarük edəcəyi ən son model silahın adı açıqlanıb

“Brimstone” “hava-yer” tipli raketlər Britaniyanın Ukraynaya tədarük edəcəyi ən son model silah olacaq. Bu barədə “The Drive” yazıb.

Nəşrin iddia etdiyinə görə, yaxın həftələrdə Kiyev Londondan yüzlərlə belə raket alacaq. Qeyd edilir ki, “Brimstone” formal olaraq gəmi əleyhinə raketlərdir, lakin buna baxmayaraq yerüstü hədəflərə qarşı da istifadə edilə bilər. Nəşr xatırladır ki, Ukrayna hələ 2021-ci ilin oktyabrında belə silahların potensial alıcısı adlandırılırdı.

“Brimstone” xarici görünüşünə görə Amerikanın “AGM-114 Hellfire” hava-yer raketinə bənzəyir ki, bu raket sürətlə hərəkət edən hədəfləri vurmağa qadirdir. Silahın tank əleyhinə idarə olunan raket (TƏİR) kimi istifadə oluna biləcəyi qeyd edilir.

Aktiv radiolokasiya təyinat başlığı və tandem döyüş başlığı ilə təchiz edilmiş, səsdən sürətli, 50 kiloqramlıq “Brimstone”un uzunluğu təqribən 1,8 metr, atış məsafəsi 11,2 kilometrə qədər və buraxılış hündürlüyü 6 kilometrə qədərdir.

“Brimstone” raketlərinin Ukraynaya təhvil veriləcəyi ilə bağlı aprel ayında Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi bəyan etmişdi.

Mənbə: Lenta.ru

www.SEN.az

About FERZELIYEV

Check Also

Tramp daha iki şəhərə Milli Qvardiyanın əsgərlərini göndərə bilər

ABŞ prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Çikaqo və Nyu-York şəhərlərinə də Milli Qvardiyanının əsgərlərini …

AİB Azərbaycanın infrastrukturunun iqlimə davamlılığını artırmaq üçün layihələr hazırlayacaq

Bakı. Trend: Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın infrastrukturunun iqlimə davamlılığının artırılmasına yönələn layihələr hazırlayacaq. Bu …

KİV: Rusiyada bu il qarabaşaq məhsulu 35% azala bilər

Əlverişsiz hava şəraiti və iqtisadi çətinliklər səbəbindən Rusiyada 2025-ci ilin sonuna qədər qarabaşaq məhsulu 35% …

Keyt Kelloq Ukraynaya səfər edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq avqustun 23-də Ukraynaya səfər edəcək. “SEN.az”un xəbərinə görə, bu …

İtaliyanın keçmiş baş naziri Avropanın geosiyasi təsirinin azaldığını bildirib

Bakı. Trend: İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir