Çərşənbə , Sentyabr 28 2022

Britaniya iki növ koronavirusa qarşı peyvəndi təsdiqləyən ilk ölkə oldu

Britaniya COVID-19-un həm orijinal ştammı, həm də “Omicron” variantına qarşı vaksini təsdiqləyən ilk ölkə oldu.

“SENa” vaksini Böyük Britaniyanın Dərman vasitələri və tibbi məhsullar üzrə Agentliyi tərəfindən təsdiqlənib. Vaksinin təhlükəsizlik, keyfiyyət və effektivlik standartlarına cavab verdiyi məlum olub.  

“Spikevax bivalent Original/Omicron” kimi tanınan buster dozanın tərkibində 25 mikroqram “Omicron” vaksini və 25 mikroqram orijinal COVID-19 vaksini var.

İki ştamma qarşı effektli olan vaksin ikivalentli olaraq təsnifatlandırılır.

Bildirilir ki, Vaksinləşdirmə və İmmunlaşdırma üzrə Birgə Komitə vaksinlə bağlı məsləhətlər verəcək.

Vaksin həmçinin təsdiq üçün Avstraliya, Kanada və Aİ-nin tənzimləyici orqanlarına təqdim edilib.

Aİ-nin vaksini sentyabr ayına qədər təsdiq edəcəyi gözlənilir.

Mənbə: Evropeyskaya pravda

www.SEN.az

About FERZELIYEV

Check Also

İstanbulda “Aedes” həyəcanı: Əhali narahatdır – FOTO

Türkiyənin İstanbul şəhərində ağcaqanadların yeni zəhərli növü yayılıb. “Aedes” növündən ağcaqanadlar dişlədikdə böyük yaralar əmələ …

Türkiyənin dövlət bankları Rusiyanın “Mir” ödəniş sistemindən imtina edib

Türkiyədə üç dövlət bankı Rusiyanın “Mir” ödəniş sistemindən istifadəni dayandırıb. Rəsmi mənbələr hələlik bu məlumatı …

Rusiyalı oliqarxın müsadirə edilmiş yaxtası satılıb

Cəbəllütariq hakimiyyəti müsadirə edilmiş, rusiyalı iş adamı Dmitri Pumpyanskiyə məxsus olduğu iddia edilən “Axioma” yaxtasını …

Kataloniya yeni müstəqillik referendumu keçirməyi planlaşdırır

Kataloniyada İspaniya ilə razılaşdırılaraq regionun müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsi planlaşdırılır. Bu barədə Kataloniya …

Yeni Zelandiya Kadırova qarşı sanksiyalar tətbiq edib

Yeni Zelandiya Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Çeçenistan rəhbəri Ramzan Kadırov da daxil olmaqla, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.