Çərşənbə , İyul 6 2022

Blinken: “Rusiya şirkətləri SEPAH-a neft qaçaqmalçılığı və çirkli pulların yuyulmasında kömək edir”

ABŞ terror təşkilatı hesab etdiyi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrə görə on fiziki şəxsə və doqquz şirkətə sanksiya tətbiq edib.

Dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya rəsmiləri və dövlət şirkətləri SEPAH-a neft qaçaqmalçılığı və çirkli pulların yuyulmasında kömək edirlər.

“Bu gün Birləşmiş Ştatlar SEPAH-ın Qüds Qüvvələrinın hazırki zabiti Behnam Şəhriyari və keçmiş zabiti Rüstəm Qazeminin rəhbərlik etdiyi beynəlxalq neft qaçaqmalçılığı və çirkli pulların yuyulması şəbəkəsinə qarşı sanksiyalar tətbiq edir.

Bu şəbəkə Rusiya Federasiyası hökumətinin yüksək eşalonları və dövlət müəssisələri tərəfindən dəstəklənir. Sözügedən şəbəkə, SEPAH-ın Qüds Qüvvələrinə və “Hizbullah”a yüz milyonlarla dollar dəyərində neft satışını təmin edib”, – deyə dövlət katibi bəyan edib.

Mənbə: “RİA Novosti”

www.SEN.az

About FERZELIYEV

Check Also

“Məhkəmələr ittihamın sübutlarını əsas götürür, bizim vəsatətlərimiz isə təmin olunmur” – Vəkildən şikayət

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Bakıda fəhlə iş zamanı ölüb. Bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, iyulun …

Bakı metrosuna kəsərlə girərək cinsi azlıqları hədələyən şəxsi hansı cəza gözləyir?

Ermənistanda bankda partlayış: Ölən və yaralılar var

Ermənistanın Araqatsotn vilayətinin Əştərək şəhərində yerləşən banklardan birində partlayış baş verib. Bu barədə Ermənistan Fövqəladə …

Boris Conson istefa verməyəcək: Hətta yeni nazirlər təyin edib

Böyük Britaniyanın Baş naziri Boris Conson iki nazirin istefasından sonra vəzifəsində qalmağı planlaşdırdığını və artıq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.