Bazar ertəsi , Noyabr 28 2022

Biləsuvarda keçmiş icra nümayəndəsinin evi yandı

Biləsuvar rayonunda iki evdə yanğın baş verib.

“SEN.az”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 42 kvadratmetr olan Anar Məmmədova məxsus birmərtəbəli evdə yanğın başlayıb.

Daha sonra yanğın İsgəndər Rüstəmova məxsus 180 kvadratmetr olan ikimərtəbəli evə keçib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın nəticəsində A.Məmmədova məxsus ev tamamilə, digər evin 2-ci mərtəbəsi yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, İsgəndər Rüstəmov Biləsuvar rayon Səmədabad kəndinin keçmiş icra nümayəndəsidir.

www.SEN.az

About FERZELIYEV

Check Also

Nazirliyin rüşvət alan vəzifəli şəxslərinin məhkəməsi başlayır

Beşdən çox uşağı təkbaşına böyüdən atalara müavinət verilə bilər

Beşdən çox uşağı təkbaşına böyüdən atalara sosial müavinət verilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi təklif …

İxrac edilən qida məhsullarına sağlamlıq sertifikatının verilməsinə görə rüsum müəyyənləşir

Azərbaycandan ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsinə görə 25 manat dövlət rüsumu …

Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat rüsum ödəniləcək

Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat rüsum ödəniləcək. “SEN.az”un xəbərinə görə, bununla bağlı …

İstanbulda COMCEC-in 38-ci iclası keçirilir – FOTO

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 38-ci iclası …