Çərşənbə , İyul 6 2022

Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurdu

Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurub.

“SEN.az”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, yolun piyadalar üçün qadağan olunmuş hissəsindən keçən 1993-cü il təvəllüdlü Dünyamalıyeva Adilə Sabir qızı və onun övladı 2020-ci il təvəllüdlü Dünyamalıyeva Banu Turan qızını, 1991-ci il təvəllüdlü Hacıyeva Türkan Qəhrəman qızı və onun övladı 2021-ci il təvəllüdlü Hacıyev Sabir Firuz oğlunu avtomobil vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı A.Dünyamalıyevaya baş-beyin silkələnməsi və burunun sınığı, T.Haciyevaya isə sağ almacıq sümüyünün sınığı və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Xatırladaq ki, A.Dünyamaliyeva və T.Hacıyeva qohumdurlar.

Faktla bağlı araşdırma aparılır .

www.SEN.az

About FERZELIYEV

Check Also

“Məhkəmələr ittihamın sübutlarını əsas götürür, bizim vəsatətlərimiz isə təmin olunmur” – Vəkildən şikayət

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Bakıda fəhlə iş zamanı ölüb. Bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, iyulun …

Bakı metrosuna kəsərlə girərək cinsi azlıqları hədələyən şəxsi hansı cəza gözləyir?

Ermənistanda bankda partlayış: Ölən və yaralılar var

Ermənistanın Araqatsotn vilayətinin Əştərək şəhərində yerləşən banklardan birində partlayış baş verib. Bu barədə Ermənistan Fövqəladə …

Boris Conson istefa verməyəcək: Hətta yeni nazirlər təyin edib

Böyük Britaniyanın Baş naziri Boris Conson iki nazirin istefasından sonra vəzifəsində qalmağı planlaşdırdığını və artıq …