Bazar ertəsi , Noyabr 28 2022

Bakıda fəhlə binadan yıxılıb ölüb

Mayın 12-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 29 yaşlı Orxan Bəndəliyevin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan SEN.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ilkin məlumata görə, Nərimanov rayonunda yeni tikilməkdə olan binanın tikintisində fəhlə işləyən Orxan Bəndəliyev iş görən zaman binanın 11-ci mərtəbəsindən ehtiyatsızlıqdan 2-ci mərtəbənin damına yıxılıb. 

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

www.SEN.az

About FERZELIYEV

Check Also

Tanınmış kinotənqidçinin hücuma məruz qalması ilə bağlı araşdırmalara başlanılıb

Atası imtina etdi, nənəsi sığınacağa atdı: Yeddi yaşlı qızın sonrakı taleyi necə oldu?

Quba sakini qonşusunu bıçaqlayıb

Kuleba: “ATƏT Nazirlər Şurasının iclası ilk dəfə Rusiya olmadan keçiriləcək”

“ATƏT Nazirlər Şurasının iclası ilk dəfə Rusiya Federasiyasının nümayəndəsinin iştirakı olmadan keçiriləcək”. Bu barədə Ukrayna …

Mirzoyan: “Ermənistan sülh sazişi layihəsi ilə bağlı təkliflərə Azərbaycanın cavabını alıb”

Ermənistan sülh sazişi layihəsi ilə bağlı təkliflərə Azərbaycanın cavablarını alıb. Bunu bazar ertəsi Ermənistan Xarici İşlər …