Çərşənbə axşamı , Avqust 16 2022

Bakı metrosuna kəsərlə girərək cinsi azlıqları hədələyən şəxsi hansı cəza gözləyir?

Xəbər verdiyimiz kimi, ötən gün 39 yaşlı Roman Məmmədov adlı şəxs “TikTok” sosial şəbəkəsi üzərindən parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək cinsi azlıqları hədələyib.

O qeyd edib ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq.

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində R.Məmmədov müəyyən edilib və saxlanılıb.

Bəs xuliqanlıq əməli törədən şəxsi hansı cəza gözləyir?

Vəkil Tural Hüseynov Sen.Az-a açıqlamasında bildirib ki, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs (şəxslər) üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hadisəsi ilə bağlı cəzalar nəzərdə tutulur:

“Bunu edən şəxs (şəxslər) min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri, yaxud bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

İlhamə Əbülfət

www.SEN.az

About FERZELIYEV

Check Also

Kafedə Ukrayna mahnısı səsləndirən dicey on sutkalıq həbs edildi

Krım məhkəməsi kafedə Ukrayna mahnısı səsləndirən diceyin on sutkalıq həbs edilməsi barədə qərar qəbul edib. …

“Pfizer”in rəhbəri dörd peyvənddən sonra koronavirusa yoluxdu

ABŞ-ın “Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla …

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq. Aktyor italyan rəssam Amedeo Modilyani haqqında film çəkəcək. …

“Koronavirussuz cənnət”də yoluxma sayı iki dəfə artdı

Marşal adalarında koronavirusun yayılması səhiyyə böhranına səbəb olub. Dünya mətbuatında “koronavirussuz cənnət” adlandırılan ölkədə avqustun …

Britaniya iki növ koronavirusa qarşı peyvəndi təsdiqləyən ilk ölkə oldu

Britaniya COVID-19-un həm orijinal ştammı, həm də “Omicron” variantına qarşı vaksini təsdiqləyən ilk ölkə oldu. …