Salı , Kasım 24 2020

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı – FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb.

Bu barədə SEN.az “Report”a istinadən xəbər verir.

T.İsgəndərovanın sağ baldırında qəlpə yarası var. Hazırda qəlpə çıxarılıb, o, əməliyyat olunub.

T.İsgəndərovanın anası Mətanət İsgəndərova “Report”un əməkdaşına bildirib ki, hadisə zamanı uşaqlar həyətdə oynayırmış: “Birdən səs gəldi, qonşumuz Ehtiramın evinə qəlpələr yağdı. Həmin vaxt da uşaqlar qan içində idi. Böyük qızım Aysu öldü, balaca qızım Tahirə isə yaralandı. Onu tez xəstəxanaya çatdırdıq”.

Həkim “Report”a bildirib ki, bu gün axşam saatlarında xəstəxanaya 12 mülki şəxs qəlpə yarası ilə daxil olub: “Dörd nəfər hadisə yerində ölmüşdü. Yaralılardan biri açıq kəllə-beyin travması, kəllə sümüklərinin sınığı, komatos vəziyyətdə neyrocərrahiyə şöbəsinə göndərdik. Digər xəstələr də müalicə olunur”.

Qeyd edək ki, bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə rayonun Qarayusifli kəndində 4 mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.

About FERZELIYEV

Check Also

Ermənilər Qarabağa 150 il əvvəl gəldiklərini BELƏ ETİRAF ETDİLƏR – FOTO

Məlum olduğu kimi, 1828-ci ilin 10 fevral tarixində imzalanan “Türkmənçay müqaviləsi”nin 15-ci maddəsində ermənilərin indiki …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir