Çərşənbə , İyul 6 2022

Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verildi – FOTO

Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verilib.

Bakı şəhər Baş Polis İdarəsindən SEN.az-a verilən xəbərə görə, Tələt Əliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.

T. Əliyevin barəsində məhkəmə qərarı ilə həbsli axtarış verilib.

Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Tələt Əliyev Azərbaycanın tanınmış diplomatıdır. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutub.

Yerli mətbuatın yazdığına görə, T.Əliyev səfir olduğu dövrlərdə külli miqdarda dövlət vəsaitini mənimsəyib.

www.SEN.az

About FERZELIYEV

Check Also

Ermənistanda bankda partlayış: Ölən və yaralılar var

Ermənistanın Araqatsotn vilayətinin Əştərək şəhərində yerləşən banklardan birində partlayış baş verib. Bu barədə Ermənistan Fövqəladə …

Bakıda “Prius” qəza törətdi: Beş nəfər xəsarət aldı – FOTO

OPEC-in baş katibi vəfat edib

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo 63 yaşında vəfat edib. …

Azərbaycanda ehtiyatda olan bir qrup hərbçi təlim toplanışına çağırılıb – FOTO

Xırdalan qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb