Çərşənbə , Noyabr 23 2022

Azərbaycanın Qətərdəki səfirliyində Anım Günü tədbiri keçirildi – FOTO

Azərbaycan Respublikasının Qətərdəki səfirliyində 27 sentyabr 2022-ci il tarixində Anım Günü tədbiri keçirilib.

Sen.Az xəbər verir ki, tədbirdə Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri və yerli KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov 44 günlük Vətən Müharibəsində şanlı tarix yazmış Azərbaycan övladlarının, şəhid və veteranlarının keçdiyi döyüş yolundan danışıb.

Səfir, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı 27 sentyabr 2020-ci il tarixində başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 30 ilə yaxın işğal altında olmuş Azərbaycan torpaqlarını azad etmək məqsədilə Vətən müharibəsinə başladığını qeyd edib. Səfir, 44 günlük müharibədə Azərbaycanın Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları və Şuşa şəhəri işğaldan azad edildiyini vurğulayıb.

Daha sonra, 44 Günlük Vətən Müharibəsinə həsr olunmuş video film nümayiş etdirilib.

www.SEN.az

About FERZELIYEV

Check Also

Kürdəmirdə yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Zelenski Yeni Zelandiya parlamentinə dəvət aldı

Ukrayna Prezidenti Volodimir Zelenski Yeni Zelandiyanın parlamentində çıxış etmək üçün dəvət olunub. Bu təklif 2022-ci ilin iyununda …

Bakıda 36 yaşlı qadın bacısı oğlu tərəfindən bıçaqlandı

Bakınım Sabunçu rayonunda 36 yaşlı qadın bacısı oğlu tərəfindən bıçaqlanıb. “SEN.az”un məlumatına görə, Balaxanı qəsəbəsində …

Hindistanda polis insanlara atəş açdı: Ölənlər var – FOTO

Hindistanın şərqindəki Assam ştatında polis və meşə mühafizəçiləri insanları atəşə tutublar, nəticədə altı nəfər ölüb. …

Məşhur aktrisa Aslı Enver hamilə olduğu üçün külli miqdarda təzminat ödəyəcək

Məşhur türkiyəli aktrisa Aslı Enver hamiləliyi səbəbindən təzminat ödəyəcək. Ötən həftə Berkin Gökbudakla səssiz-sədasız evlənən …