Çərşənbə axşamı , Fevral 7 2023

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

SEN.az-nın xəbərinə görə, bu “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, dəyişikliyə görə konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.

Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi idarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.

www.SEN.az

About FERZELIYEV

Check Also

Türkiyəli nazirdən itkilərlə bağlı AÇIQLAMA

“Türkiyədə zəlzələ 13,5 milyon insana təsir edib”. Bunu ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi …

Türkiyədəki azərbaycanlı tələbələr Bakıya yola salınacaqlar – ÖZƏL

ABŞ Çinin “havasını” al(ma)dı: Cənubi Qafqaz necə olacaq? – TƏHLİL + FOTO

ABŞ ilə Çin arasındakı soyuq münasibətlərin ruhu daha bir hadisə ilə təzələndi.   ABŞ öz məhrəminə daxil …

Azərbaycan vətəndaşları Bakıdakı Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarını anırlar – FOTO

İstanbulda zəlzələ baş verən əraziyə getmək istəyən könüllülər böyük izdiham yaradıblar – VİDEO

Türkiyənin İstanbul şəhərindən zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə qoşulmaq istəyən minlərlə könüllü İstanbul hava limanına axın …