Çərşənbə axşamı , Fevral 7 2023

AMEA bəzi sözlərin düzgün tələffüz qaydasını müəyyənləşdirib

AMEA orfoepiya normalarında bəzi sözlərin düzgün tələffüz qaydasını təklif edib.

Bu barədə “SEN.az”a AMEA Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.

Belə ki, institutda “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı yekun müzakirələr aparılıb.

Müzakirələrdə qeyd edilib ki, orfoepiya normalarının tənzimlənməsi laboratoriyada cihazlar vasitəsilə aparılır və burada mütəmadi olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır.

Bildirilib ki, “Azərbaycan dilinin Orfoepiya normaları”nın 2.7-ci bəndində tərkibində “ov, öv” hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz olunduğu qeyd edilib: cövhər [cövhər], çovğun [çovğun]. Müzakirə nəticəsində 2.7 bəndindəki yeniliklər qəbul olunub.

İclasda normaların 2.5.3-cü bəndində “ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə” yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunma məsələsi də müzakirəyə çıxarılıb. Müzakirələr əsasında “ae” sait birləşməsinin yazıldığı kimi tələffüz olunması qəbul edilməyib. “Ae” sait birləşməsinin “ay” kimi tələffüz variantı təklif olunub: aerodrom [ayrodrom], aeroport [ayroport].

www.SEN.az

About FERZELIYEV

Check Also

Azərbaycan Ordusunun Kəlbəcərdəki bölmələrinin döyüş hazırlığı yoxlanılıb – FOTO

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Kəlbəcər rayonunda yerləşən bölmələrin döyüş hazırlığının yoxlanılması üçün …

Suriyada zəlzələdən sonra məhkumlar qiyam qaldırıblar: İŞİD silahlıları həbsxanadan qaçıblar

Suriyada baş verən zəlzələdən sonra Türkiyə ilə həmsərhəd ərazidə yerləşən Racu şəhəri yaxınlığındakı həbsxanadan azı …

Türkiyəli aktyor: “Ailəmin yarısı dağıntılar altında qalıb” – VİDEO

Türkiyə zəlzələsində məşhur aktyor Uğur Aslanın ailəsi dağıntılar altında qalıb. O, Hatayda ailə üzvlərinin yarısının …

İran Xoydakı soydaşlarımıza kömək etmək əvəzinə İdlibə yardım göndərib – VİDEO

Xoy zəlzələsinin qurbanlarının çadır, yemək və isti paltar çatışmazlığından əziyyət çəkdikləri bir vaxtda İranın Suriyaya …

Türkiyədə məhkumlar zəlzələdən istifadə edərək qaçmağa cəhd ediblər – VİDEO

Türkiyənin Malatya şəhər həbsxanasında cəza çəkən bir qrup məhbus yaranmış vəziyyətdən istifadə edərək qaçmağa cəhd edib. …