Çərşənbə , İyul 6 2022

ABŞ Dövlət Departamentinin rəsmisi: “İrana zərbələr endirə bilərik”

Lazım gələrsə, ABŞ İranı cilovlamaq üçün zərbələr endirməyə hazırdır.

Bunu ABŞ Dövlət Departamentinin rəsmisi, ölkənin İran üzrə xüsusi nümayəndəsi Robert Melli Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı deyib.

“Biz İranın sabitliyi pozan davranışlarına yönəlmiş sanksiyaları tətbiq etməyə davam edəcəyik. Bundan başqa, biz İsraillə, Fars körfəzindəki tərəfdaşlarımızla, avropalılarla müdafiə xətlərimizi gücləndirmək, dinamik şəkildə regionda qüvvələr yerləşdirmək, o cümlədən uzun mənzilli bombardmançı təyyarələrin uçuşlarını həyta keçirmək, dəniz təhlükəsizliyini təmin etmək üçün çalışırıq. Bütün bunlar İranın öz pilotsuz uçuş aparatlarını, ballistik raketlərini, hərbi avadanlığını silahlı qruplara və qeyri-dövlət subyektlərinə daşımaq imkanını məhdudlaşdırmaq və bu yolla əldə edilən maliyyə axınını kəsmək, həmçinin, lazım gələrsə, müdafiə zərbələri endirmək, İranı, tərəfdaşlarını və onun əli ilə fəaliyyət göstərən qüvvələri bizə hücum etməkdən çəkindirmək məqsədi daşıyır”, – deyə Melli bildirib.

Mənbə: TASS

www.SEN.az

About FERZELIYEV

Check Also

Ermənistanda bankda partlayış: Ölən və yaralılar var

Ermənistanın Araqatsotn vilayətinin Əştərək şəhərində yerləşən banklardan birində partlayış baş verib. Bu barədə Ermənistan Fövqəladə …

Bakıda “Prius” qəza törətdi: Beş nəfər xəsarət aldı – FOTO

OPEC-in baş katibi vəfat edib

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo 63 yaşında vəfat edib. …

Azərbaycanda ehtiyatda olan bir qrup hərbçi təlim toplanışına çağırılıb – FOTO

Xırdalan qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.