Bazar , İyul 3 2022

Ərdoğan həftə sonu Putinlə danışıqlar aparmağı planlaşdırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə NATO-nun Brüssel sammitinin nəticələrini telefonla müzakirə etməyi planlaşdırır.

Türkiyə lideri bu barədə Brüsseldən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Ola bilsin ki, həftənin sonunda və ya növbətinin əvvəlində Putinlə yenidən danışıqlar aparım. Bu danışıqlarda biz NATO sammitinin (Brüsseldə – red.) nəticələrini müzakirə edib dəyərləndirməliyik”, – deyə o bildirib.

Dövlət başçısı həmçinin Rusiyanın təbii qaz tədarükü üçün rublla ödənişlərə keçməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Ankara hələ adi vaxtlarda Moskvaya ticarətdə milli valyutalara keçməyi təklif edib.

“Biz adi vaxtlarda artıq Rusiyaya bunu (milli valyuta ilə alqı-satqını – red.) təklif etmişdik. Biz dedik: Gəlin bunu öz milli valyutamızla – rubl və türk lirəsi ilə edək”, – deyə Türkiyə lideri bildirib.

www.SEN.az

About FERZELIYEV

Check Also

Fransa Aİ-dən çıxa bilər – İDDİA

Britaniyanın “Daily Express” qəzeti yazır ki, Fransa tezliklə Aİ-yə üzvlüklə bağlı referendum təşkil edə bilər. …

Baş Qərargah: “Ağır döyüşlərdən sonra ukraynalı hərbçilər Lisiçanskı tərk edib”

Ukrayna hərbçiləri ağır döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etməli olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin …

Xalq artistinin sevinci: Məleykə Əsədovanın qızı ADA universitetinə qəbul olundu – VİDEO

Pakistanda avtobusun dərəyə aşması nəticəsində azı 19 nəfər ölüb

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 19 nəfər ölüb, 12 …

Azərbaycan postmünaqişə dövründə: Beynəlxalq güclərin sülh gündəliyindəki rolu – ŞƏRH

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.