Çərşənbə axşamı , Avqust 16 2022

Uşaqlarını pul və mirasdan məhrum edən ulduzlar

Ulduz uşaqların heç də hamısı beşikdən dəbdəbəli həyata öyrəşmir.

SEN.az-ın xarici mediaya istinadla məlumatına  görə, kimsə valideynlərinin maddi köməyinə arxalanmayaraq, təkbaşına maddi nemətlərə nail olmalıdır.
 
Stinq

Hazırda sərvəti yarım milyard dollara yaxın qiymətləndirilən musiqiçi karyerasına heç kimin köməyi və dəstəyi olmadan başlayıb. Stinq övladları üçün də eyni yolu seçib.

Müsahibərinin birində o, altı vərəsəsinə milyonlarla pul qoymağı planlaşdırmadığını, buna görə də onların öz başlarına maliyyə uğuru və firavanlıq əldə etməli olacaqlarını söyləyib.

50 Cent

Musiqiçi və onun Markiz adlı böyük varisi arasında münasibətlər heç vaxt sadə olmayıb. Məşhurun oğlu 2012-ci ildən, ikinci oğlu Ser Ceksonun doğulduğu vaxtdan bəri atasının onunla demək olar ki, ünsiyyət qurmadığını bir neçə dəfə ictimaiyyətə açıqlayıb.

Əvvəllər 50 Cent hətta atalığını şübhə altına alırdı. Sosial şəbəkələrdə qohumlar bir neçə dəfə mübahisə edib və nəticədə reper Markizanı varislər siyahısından, sadəcə silib.

Saymon Kouell

Yarım milyard dollarlıq sərvətə sahib olan The X Factor istedad şousunun daimi hakimi bir müddət əvvəl ilk dəfə ata olub. İndi Saymonun 60, oğlu Erikin isə 6 yaşı var.

Müsahibələrinin birində Saymon uşağa pul vermək fikrində olmadığını, əksinə, ona həyatda özünü dərk etməyə imkan verəcək bilik və imkanlar verəcəyini etiraf edib.

Qordon Ramzi

Məşhur aşpaz və şoumen Qordon Ramzi xarizması və kulinariya istedadı sayəsində təxminən 200 milyon dollar qazanıb, lakin onun dörd varisinə pul çatmayacaq.

Qordon var-dövlətini onlarla insan və heyvanın həyatını xilas edəcək xeyriyyə fondlarına buraxmağı planlaşdırır, lakin uşaqlar da Qordonun özü kimi təkbaşına çörək qazanmalı və sıfırdan karyera qurmalı olacaqlar.
 

www.SEN.az

About FERZELIYEV

Check Also

“The Simpsons” növbəti PROQNOZLARINI açıqlayacaq

Tez-tez gündəmdə olan "Simpsons" serialının prodüserlərindən olan Matt Selman, serialın gələcəyinin necə proqnozlaşdırdıqlarını yeni mövsümdə …

Bunu etsəniz bətninizdə olan körpənizi hər an İZLƏYƏ BİLƏCƏKSİNİZ

Ultrasəs stikerləri ilə körpələrin ana bətnində böyüməsini telefonda izləmək mümkündür. SEN.az xarici KİV-ə istinadən xəbər …

Körpə gün ərzində neçə saat yatmalıdır?

Yeni doğulmuş körpələrdə yuxunun reqressiya etməsi fikri doğru deyil. Onların gecələr oyanması normal haldır. Üstəlik, …

Ukraynada ölən uşaqların sayı 350-ni keçdi

Ukraynada ölən uşaqların sayı 352-ə çatıb.  SEN.az-ın xarici KİV-ə istinadən məlumatına görə, daha 657 uşaq …

Qeyri-adi uşaq doğuldu: Dörd qolu və ayağı var

Hindistanın Uttar-Pradeş ştatında qeyri-adi uşaq dünyaya gəlib. SEN.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kamila adlı …