Çərşənbə , İyul 6 2022

Uşaq otağında kondisioner: sətəlcəm, allergiya…

Yay fəslini kondisionersiz təsəvvür etmək mümkün deyil. İsti havalarda təbii olaraq kondisionerə olan tələbatımız da artır. Amma ondan düzgün istifadə olunmadıqda o insan orqanizmində bir sıra zərərlər törədir. Belə ki, kondisioner havası yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə gətirib çıxara bilər. 

Ümumiyyətlə, kondisionerin işlədiyi otağın havası tez-tez dəyişdirilməlidir. Kondisioneri elə quraşdırmaq lazımdır ki, soyuq hava kütlələri birbaşa insanlara təmas etməsin, otağa yayılsın. 

Bəs, uşaqlı ailələrdə kondisionerdən necə istifadə etmək lazımdır? 

SEN.az-ın məlumatına görə, kondisioner yalnız soyuqdəymə deyil, eyni zamanda allergik xəstəliklər də yaradır. 

Mütəxəssislərin sözlərinə görə, kondisionerin filtrləri müxtəlif xəstəliktörədiciləri özündə saxlayır. Bu isə uşaqlarda soyuqdəymədən başlayaraq sətəlcəmə qədər müxtəlif problemlər yaradır. Ona görə də filtrlər tez-tez təmizlənməlidir. 

Uşaqlı evlərdə havanı qurutduğuna görə nəmləndiricilərdən istifadə etmək məsləhətdir və ya pəncərələri vaxtaşırı açıb ventilyasiya yaratmaq gərəklidir.  Məsələn, çöldə havanın temperaturu 40 dərəcə və ya ondan çoxdursa, evdə birdən-birə temperaturu 18 dərəcəyə endirmək olmaz. Çünki uşaq orqanizmi kəskin temperatur, hava dəyişikliyinə dözə bilmir. Tədricən otaqdakı hava 22-25 dərəcə tənzimlənsə yaxşı olar.
 

www.SEN.az

About FERZELIYEV

Check Also

Uşaqlarda tənbəl göz nədir?

Göz problemləririndən biri də "tənbəl göz"dür. Tibbi dildə Abliopiya adlandırılan bu problem ən çox uşaqlarda …

İtlər xəstəxanadan körpəni oğurlayıb DİRİ-DİRİ YEDİLƏR

Hindistanın  Panipat şəhərində küçə itləri xəstəxandan yeni doğulmuş körpəni qaçıraraq, diri-diri yeyiblər. SEN.az xarici mediaya istinadən …

Sünnətdən qaçan oğlanı tutmaq üçün SƏFƏRBƏRLİK – VİDEO

Şanlıurfada yüzlərlə uşağın sünnət edildiyi kütləvi sünnət mərasimində bir uşaq sünnət olunmamaq üçün zaldan qaçıb.  …

Meymunların qaçırdığı uşaq öldü

Tanzaniyada qəribə hadisə baş verib.  SEN.az xarici mediaya istinadla xəbər verir ki, Şərqi Afrikada yerləşən …

Valideynlər uşaqları buna görə döyürmüş – Psoxoloq məsləhəti

Psixoloq Yuliya Xadartseva ailə daxilində zorakılığın əsas səbəbini açıqlayıb. SEN.az-ın xəbərinə görə, psixoloq valideynlərin uşaqlıqda …