Çərşənbə , Noyabr 23 2022

Qadın öz nəvəsinə hamilə qaldı

ABŞ-ın Yuta ştatının sakini 56 yaşında oğluna surroqat ana olub və öz nəvəsindən hamilə qalıb.

SEN.az-ın xarici mediaya istinadla xəbərinə görə, Nensi Haak, oğlu Ceff və gəlini Kambriyanın illərdir sonsuzluqla mübarizə apardıqlarını və iki dəfə süni mayalanmaya müraciət etdiklərini, nəticədə cütlüyün dörd uşaq dünyaya gətirdiklərini açıqlayıb. Doğuşdan sonra yaranan ağırlaşmalara görə, Kambriyanın uşaqlığı çıxarılıb, buna görə də cütlük çox istəsələr də, başqa uşaq sahibi ola bilməyiblər.

 Oğlunun və həyat yoldaşının çarəsizliyini görən Haak uşaqlarına surroqat ana olmağı təklif edib. Əvvəlcə qadın bunun yaşına görə mümkün olduğuna şübhə edib, lakin həkimlər müayinə keçiriblər və hamiləliyə heç bir əks göstəriş tapmayıblar. Nəticədə o, mayalanma üçün müraciət edib və may ayında hamilə olduğunu bilib.
 
“Ailəm üçün belə fədakarlıq etməyə hazır olan belə fədakar və mehriban anam olduğu üçün minnətdaram”, – Haakın oğlu deyib.
 

www.SEN.az

About FERZELIYEV

Check Also

Uşaqlar diş fırçalamağa nə vaxt başlamalıdılar? – CAVAB

Hər bir insanda ağız və diş sağlamlığının əhəmiyyəti körpəlikdən başlayır. Əksər valideynlər uşaqlarına diş fırçalamağı …

Bu uşaq Eynşteyni geridə qoydu

İngiltərənin Lids şəhərindən olan bir uşaq “Mens IQ” testində 18 yaşdan kiçik insanlar arasında ən …

Ana iki yaşlı uşağını 11-ci mərtəbədən ATDI

Moskvada ana iki yaşlı uşağını 11-ci mərtəbədən atıb.  SEN.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə …

Keçi uşağı arabada belə GƏZDİRDİ – VİDEO

Keçi 18 aylıq körpəni uşaq arabası ilə gəzdirib. SEN.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə …

Körpənin saçını qırxmaq olar?

Körpələr bir qədər böyüyəndən sonra saçlarını dibdən qırxmaq ənənəsi var. Bu ənənə uzun illərdir ki, …