Cümə axşamı , May 26 2022

Məktəbli qız qarın ağrısından şikayət etdi: Hamilə olduğu üzə çıxdı

Krasnoyarsk diyarında 11 yaşlı məktəbli qızın hamiləliyi ilə bağlı cinayət işi açılıb.

SEN.az Rusiya mediasına istinadla bildirir ki, məktəbli qızın qarnında kəskin ağrılardan şikayət etməsindən sonra hamilə qaldığı məlum olub. Həkimlər qızın hamiləliyin 30-cu həftəsində olduğunu müəyyən ediblər.

Məktəbli qız uşaq gözlədiyini başa düşübmü, yoxsa qəsdən "maraqlı" vəziyyətini böyüklərdən gizlədib? İndi hüquq-mühafizə orqanlarının əməkdaşları bu suala cavab tapmalı olacaqlar.

Artıq “zorlama” maddəsi ilə cinayət işi açılıb, uşağın atası tez bir zamanda müəyyən edilib. Məktəbli qızın 15 yaşlı oğlan dostu olduğu ortaya çıxıb, yeniyetmələr bir müddət görüşüblər.

İstintaqla müəyyən edilib ki, yeniyetmə evdə olarkən yaşına görə köməksiz vəziyyətdə olan və törətdiyi əməllərin mahiyyətini və əhəmiyyətini dərk etməyən 11 yaşlı qızla könüllü cinsi əlaqədə olub. 

Müstəntiqlər hadisənin başvermə şəraitini müəyyənləşdirir, yeniyetmə artıq etirafedici ifadə verib.

www.SEN.az

About FERZELIYEV

Check Also

Kıvanç Tatlıtuğ yeni doğulan oğluna görün nə aldı?

Bir müddət əvvəl ata olan məşhur aktyor Kıvanç Tatlıtuğ oğluna aldığı hədiyyə ilə yenidən gündəmə …

Ağır xəstə son arzusunu yerinə yetirdi: Çimərlikdə evləndi

Sağalmaz xəstə olan amerikalı son arzusunu yerinə yetirib və sevgilisi ilə çimərlikdə evlənib. SEN.az-ın Rusiya …

Ukraynadakı müharibədə bir ayda 100 uşaq ölüb

Ukraynadakı müharibədə aprel ayı ərzində 100 uşaq həyatını itirib. SEN.az xəbər verir ki, bu barədə …

Övladlığa götürdüyü uşaq yoldaşının oğlu çıxdı

İngiltərədə bir qadın övladlığa götürdüyü uşağın ərinin oğlu olduğunu öyrənib.  SEN.az xəbər verir ki, qadın …

Qarın ağrısı ilə tualetə getdi: UŞAQ dünyaya gətirdi  – FOTO

ABŞ-ın Dallas şəhərində qəribə hadisə yaşanıb.  SEN.az xəbər verir ki, 33 yaşlı Adriana Qreyson qarın …