Cümə axşamı , Sentyabr 18 2025

Ağır xəstə son arzusunu yerinə yetirdi: Çimərlikdə evləndi

Sağalmaz xəstə olan amerikalı son arzusunu yerinə yetirib və sevgilisi ilə çimərlikdə evlənib.

SEN.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, 27 yaşlı Hanter Knisli uşaqlıqdan bəri bədənin əzələlərini zəiflədən və onları getdikcə daraldan genetik degenerativ xəstəlik olan Bekker əzələ distrofiyasından əziyyət çəkir. Aprelin əvvəlində exokardioqramma onun ürək çatışmazlığının son mərhələsində olduğunu göstərib. Həkimlər kişiyə cəmi bir neçə həftə ömrünün qaldığını bildiriblər.

Knislinin son arzusu ortaq bir oğlu olan sevgilisi ilə evlənmək olub. O, həyat yoldaşının Ohayo ştatında eyni xəstəxanada doğulduğunu, eyni məktəbdə oxuduqlarını, hətta sosial sığorta nömrələrinin cəmi bir rəqəmlə fərqləndiyini deyib.

Cütlük aprelin 14-də məhkəmə binasında rəsmi nikah mərasimi keçirib. Sonra kişinin müalicə aldığı xəstəxana və toy təşkilatçılarınım köməyi ilə onlar aprelin 21-də çimərlikdə mərasim keçirə biliblər. Hanterin dediyinə görə, onun hər zaman istədiyi bu olub.

Toydan sonra kişinin vəziyyəti bir qədər yaxşılaşıb və həkimlərin ilkin düşündüyündən daha çox vaxtı ola bilər. O, bu vaxtı ailəsi, həyat yoldaşı ilə keçirir, uşaqları ilə oynayır.

www.SEN.az

About FERZELIYEV

Check Also

Doğum evində FACİƏ: 6 yaşlı uşaq yeni doğulan körpəni öldürdü

Fransanın şimalında yerləşən Lil şəhərində Zayneb-Kassandra adlı beş günlük körpə qızcığaz yenidoğulmuşlar palatasında nəzarətsiz qalan …

Körpələrlə bağlı yalan çıxan İDDİA

Yeni doğulmuş körpəyə tibbi testdən əvvəl şəkərli su içirmək ağrını azaldırmı. SEN.az xəbər verir ki, …

Doqquz yaşlı uşaq orta məktəbi bitirdi: İddialı planları var

Amerikanın Pensilvaniya ştatının Harrisberq şəhərindən olan doqquz yaşlı uşaq orta məktəbi bitirib, astrofizik olmaq qərarına …

Sərxoş ana bir yaşlı qızını qarın üstünə atdı

Ufa sakini sərxoş vəziyyətdə bir yaşlı çılpaq qızını qarın üstünə atıb.  SEN.az-ın Rusiya mediasına istinadla …

Uşaqlarda qocalıq xəstəliyi nədir? – HƏKİM DANIŞDI

Həkim uşaqlarda geri dönüşü olmayan qocalıq xəstəliyindən danışıb. SEN.az xarici mətbuata istinadən xəbər verir ki, …