Çərşənbə , İyul 6 2022

Yeni yollar – Maşınlar burdan keçərkən enerji toplayacaq

Fiat, Chrysler, Dodge, Jeep, Opel, Peugeot, Maserati və s. brendlərin sahibi olan Stellantis şirkəti özünün yol örtüyünə inteqrasiya edilə bilən dinamik naqilsiz şarj texnologiyasını (DWTP) uğurla test edib. Belə ki, elektromobillər üçün nəzərdə tutulmuş sözügedən texnologiyanın test olunması üçün şirkət xüsusi test yolunu inşa edib.

SEN.az xarici KİV-ə istinadən bildirir ki, elektromobillər sözügedən yol ilə hərəkət edən zaman daimi şarj prosesində olacaqlar. Şirkət mühəndisləri dairəvi yolun bir hissəsinin altına yastı induksiya bobinləri yerləşdiriblər və daha sonra onları elektrik şəbəkəsinə qoşublar. Daha sonra isə həmin induksiya bobinlərinin üzərlərinə yenidən asfalt çəkiblər.

İnduksiya bobinlərinin aktivləşdirilməsindən sonra xüsusi qəbulediciyə sahib elektromobillər həmin yol üzərində hərəkət zamanı enerji əldə edə biliblər. Stellantis şirkətinin verdiyi məlumata əsasən effektivliyinə görə DWTP texnologiyası sürətl şarj stansiyasına bənzəyir. Bu texnologiyanın əsasında istifadə edilən maqnit sahələri isə sürücülərə, sərnişinlərə və piyadalara heç bir mənfi təsir göstərmir. Məlumatda qeyd edilib ki, DWTP texnologiyası nisbətən daha nazik və kompakt naqillərdən istifadə edə və bərpa olunan enerji mənbələrinə birbaşa qoşula bilər. Del Futuro adlı xüsusi test yolunun uzunluğu 1050 metr təşkil edir. Bu test yolu bir sıra perspektivli nəqliyyat texnologiyasının testi üçün inşa edilib.

www.SEN.az

About FERZELIYEV

Check Also

24 milyona maşın nömrəsi SATILIR

ABŞ-da avtomobil qeydiyyat nişanı satışa çıxarılıb ki, bu da dünyada ən bahalı sayılır. SEN.az xarici …

Apple saatları temperaturu ölçüb, məsləhət verəcək

Apple saatları temperaturu da ölçə biləcək.  SEN.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu“ Bloomberg”in …

“Iphone 14 Pro” rekord qiymətə satılacaq

“Iphone 14 Pro” smartfonları rekord qiymətə çatılacaq.  SEN.az  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə …

Velosipeddə yeni dünya rekordu – 272 km/saat -VİDEO

Alman idmançı velosipeddə yeni dünya rekorduna imza atıb. SEN.az-ın xəbərinə görə, rekord Kletvits şəhəri yaxınlığındakı …

İyun ayının ən yaxşı smartfonları AÇIQLANDI

“Gizchina” portalı iyun ayında satışa çıxarılan ən yaxşı smartfonların siyahısını dərc edib. 120 Hz yeniləmə …