Perşembe , Kasım 26 2020

“VPN” və “WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ – FOTO

Ermənilərin sosial şəbəkə üzərindən təxribatları davam edir.

Sen.az xəbər verir ki, son dövrlər xarici nömrələrdən bəzi “WhatsApp” istifadəçilərinə “VPN”dən istifadə etdiklərinə görə 101 AZN cərimə edilmələri ilə bağlı smslər gəlir. Cərimənin ödənilməsi üçün isə bank hesab nömrəsi qeyd olunur. Bu isə ermənilərin növbəti təxribatı ola bilər.

Qeyd edək ki, hal-hazırda ölkədə sözügedən tətbiqin istifadəsi ilə bağlı hər hansı cərimə nəzərdə tutulmayıb. Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır.

Xatırladaq ki, ötən gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) vətəndaşları “WhatsApp” üzərindən məşhur şirkətlərin adından həyata keçirilən “fişinq” kampaniyaları barədə xəbərdar etmişdi. Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər. /Yeniavaz.com

"VPN" və "WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ - FOTO

About www. SEN.az

Check Also

Microsoft şirkəti SpaceX ilə birlikdə kosmik peyklər əsasında bulud şəbəkə yaradacaq

Kosmik peyklər əsasında bulud şəbəkənin yaradılması üçün Microsoft şirkəti SpaceX ilə birlikdə partnyorluq müqaviləsi bağlayıb. …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir