Dünyanın bir çox ölkəsində “Twitter” mikrobloqunun işində problem yaranıb.
SEN.az-ın “Downdetector” saytına istinadla məlumatına görə problemlə ABŞ, Kanada, Britaniya və Rusiyadan olan istifadəçilər üzləşiblər. İstifadəçilər şəxsi hesablarına daxil olmağa çətinlik çəkirlər.
Beynəlxalq “NetBlocks” təşkilatı problemi serverdəki xəta ilə izah edir.
www.SEN.az