Çərşənbə , İyul 6 2022

Smartfonlar keçmişdə qalacaq: Onları nə əvəz edəcək?

Nokia rəhbəri smartfonlardan imtina tarixini proqnozlaşdırıb.
 
“Nokia”nın baş direktoru Pekka Lundmark 6G mobil şəbəkələrinin onilliyin sonuna qədər işə düşəcəyini gözləyir, lakin o, smartfonun o dövrdə ən populyar interfeys (iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi-red.) olaraq qalacağını düşünmür.

SEN.az xarici mediaya istinadla bildirir ki, CNBC ekspertinin sözlərinə görə, 2030-cu ildən etibarən istifadəçilər digər cihazların xeyrinə telefonlarından imtina etməyə başlayacaqlar.

“Bu gün bildiyimiz smartfon mütləq artıq ən geniş yayılmış interfeys olmayacaq, – Lundmark deyib. – Bir çox cihaz birbaşa bədənimizə qurulacaq”.

“Nokia”nın rəhbəri hansı cihazları nəzərdə tutduğunu açıqlamayıb, lakin bəzi şirkətlər, məsələn, İlon Maskın “Neuralink”i artıq beyinə implantasiya oluna bilən, kompüterlər və digər insanlarla ünsiyyət qurmaq üçün istifadə oluna bilən elektron cihazların yaradılması üzərində işləyir.

Daha sadə səviyyədə, çiplər insanların barmaqlarına yerləşdirilə və əşyaların kilidini açmaq üçün istifadə edilə bilər.

 “Dünya nə vaxt smartfonlardan ağıllı eynəklərə və üzdə taxılan digər qadcetlərə keçəcək” sualına Lundmark bildirib ki, bu, 6G-nin meydana çıxmasından əvvəl baş verəcək.

Xatırladaq ki, baş ofisi Finlandiyada yerləşən “Nokia” şirkətinin telefonların və internetə çıxışı olan digər cihazların bir-biri ilə əlaqə saxlamasına imkan verən telekommunikasiya şəbəkələri qurur.
 
 
 

www.SEN.az

About FERZELIYEV

Check Also

24 milyona maşın nömrəsi SATILIR

ABŞ-da avtomobil qeydiyyat nişanı satışa çıxarılıb ki, bu da dünyada ən bahalı sayılır. SEN.az xarici …

Apple saatları temperaturu ölçüb, məsləhət verəcək

Apple saatları temperaturu da ölçə biləcək.  SEN.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu“ Bloomberg”in …

“Iphone 14 Pro” rekord qiymətə satılacaq

“Iphone 14 Pro” smartfonları rekord qiymətə çatılacaq.  SEN.az  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə …

Velosipeddə yeni dünya rekordu – 272 km/saat -VİDEO

Alman idmançı velosipeddə yeni dünya rekorduna imza atıb. SEN.az-ın xəbərinə görə, rekord Kletvits şəhəri yaxınlığındakı …

İyun ayının ən yaxşı smartfonları AÇIQLANDI

“Gizchina” portalı iyun ayında satışa çıxarılan ən yaxşı smartfonların siyahısını dərc edib. 120 Hz yeniləmə …