Çərşənbə axşamı , Avqust 16 2022

Nadir müşahidə olunan qalaktika – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

NASA “Araba Təkəri” (“Cartwheel”) qalaktikasının görüntüsünü paylaşıb. Kadrları ən müasir teleskoplardan sayılan “James Webb” Yerə yollayıb.

SEN.az xəbər verir ki, alimlərin fikrincə, bu təsvir “Araba Təkəri”nin milyardlarla il ərzində necə dəyişdiyinə dair yeni bir fikri ortaya qoyur.

Qeyd edək ki, sözügedən qalaktika təxminən 500 milyon işıq ili uzaqlıqda yerləşir. Elm adamlarının sözlərinə görə, onun araba təkərinə bənzəyən görünüşü böyük spiral qalaktika ilə daha kiçik qalaktika arasında güclü toqquşma hadisəsinin nəticəsidir.

“Araba təkəri”nin iki halqası var – parlaq daxili və rəngli xarici. Bu fərqli xüsusiyyətlərə görə astronomlar onu “halqavari” adlandırırlar. Bu tip qalaktikalar bizim Süd Yolu kimi spiral qalaktikalardan daha az yayılıb.

Xatırladaq ki, bir neçə gün öncə NASA Süd Yolundan 2,5 milyon işıq ili uzaqlıqda yerləşən Andromeda qalaktikasının indiyə qədər dərc olunan ən böyük fotosunu paylaşıb.

www.SEN.az

About FERZELIYEV

Check Also

Yaponiyanın ən etibarsız avtomobilləri – SİYAHI

Ən etibarlı yapon avtomobillərini müəyyən edən HotCars mütəxəssisləri “əksinə gediblər” və ən problemli beş yapon …

Sperma və ana bətni olmadan süni embrion yaradıldı – ŞOK İXTİRA

Dünyada süni insan yetişdirilməsi mərhələsi başlayır. Belə ki, İsraildə orqanları funksional olan süni embrionlar yaradılıb. …

Mayk Taysonun nadir “Ferrari”si hərraca çıxarıldı

ABŞ-da 1996-cı il istehsalı olan nadir “Ferrari F50” Gooding & Company tərəfindən hərraca çıxarılıb.  SEN.az-ın …

Niyə telefonu sol qulağınıza tutub danışmalısınız?

Danışıq zamanı telefonun sol qulaqda tutulması barədə fikir var. SEN.az xarici mediaya istinadla bu iddianın …

“Xiaomi” yeni qatlanan smartfonunu TƏQDİM ETDİ

“Xiaomi” Mix Fold 2 smartfonunu təqdim edib.  SEN.az xəbər verir ki, bu barədə “Engadget” məlumat …