Çərşənbə axşamı , Sentyabr 16 2025

İphone 15 modellərinin yeni rəngləri AÇIQLANDI – FOTO

"iPhone 15" modellərində yeni eksklüziv rənglər təqdim ediləcək. 

SEN.az xarici KİV-ə istinadən xəbər verir ki, internetdə "iPhone 15 Pro"nun yeni CAD render fotosu yayılıb.

Lakin ortaya çıxmış yeni CAD render fotoda əsas diqqət smartfonun dizaynına deyil, onun gövdə rənginə ayrılıb. Bundan əlavə, insayderlər builki "iPhone 15" modellərində reallaşdırılacaq yeni gövdə rəngləri barəsində məlumat veriblər.

Məlumata əsasən, yeni rəng çalarları "iPhone XR" və "iPod Touch"da reallaşdırılmış rəng çalarlarına yaxın olacaq.

İnsayderlər bildiriblər ki, Apple hal hazırda iPhone 15 modellərinin gövdələri üçün 3 yeni rəngi test edir. iPhone 15 Pro modelləri üçün tünd qırmızı, adi iPhone 15 ilə iPhone 15 Plus üçün isə mavi və çəhrayı rənglər.

İnsayderlər həmçinin bu yeni rəng çalarlarının HEX kodlarını da təqdim ediblər. Aşağıdakı qeyd edilmiş HEX kod linklərinə daxil olaraq yeni rəng çalarlarını görmək olar.

#410D0D – tünd qırmızı

#0DB1E2 – mavi

#CE3B6C – çəhrayı.

www.SEN.az

About FERZELIYEV

Check Also

Avtomobildə telefonu istidən necə qorumaq olar? – Saxlamaq üçün ən yaxşı yerlər

Niyə yayda smartfonunuz günəşdə “əriyir” və onu avtomobildə harada təhlükəsiz gizlətmək olar? SEN.az bununla bağlı …

2025-ci ilin ən yaxşı 10 ailə avtomobili – SİYAHI

Yalnız bir neçə avtomobil modeli qiymət, keyfiyyət və funksionallıq balansına görə həqiqətən rəqiblərini üstələyir. SEN.az …

Bu 7 mövzunu ChatGPT-yə qətiyyən demək olmaz

Süni intellekt olan ChatGPT qısa müddət ərzində bir çoxları üçün rahat və əvəzolunmaz məsləhətçiyə çevrilib. …

Telefonla danışanda yaxşı eşitmirsiniz? – SƏBƏBİ AÇIQLANDI

Telefon danışığı zamanı telefon sahibi həmsöhbətin bəzi ifadələrini eşitməmək kimi problemlə qarşılaşa bilər. SEN.az xarici …

10 ildən sonra evi robotlar İDARƏ EDƏCƏK

İngiltərədəki Oksford Universiteti və Yaponiyadakı Ochanomizu Universitetinin tədqiqatçılarının apardığı araşdırmaya görə, 10 ildən sonra ev işlərinin 39 …