Çərşənbə axşamı , Avqust 16 2022

“Facebook”da TƏHLÜKƏ: – Bunlardan ehtiyatlı olun

McAfee şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Facebook-da Android üçün nəzərdə tutulmuş zərərli reklam tətbiqlərinin (adware) aktual olan reklam kampaniyalarını aşkar ediblər. 

SEN.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə mütəxəssislər istifadəçilər tərəfindən ümumilikdə 7 milyon dəfə yüklənmiş zərərli tətbiqləri aşkar ediblər.

Aşkar edilmiş zərərli tətbiqlər Facebook daxilindəki reklam elanlarında cihazların performanslarının optimizasiyası, casus və reklam xarakterli tətbiqlərin silinmələri üçün nəzərdə tutulmuş adi tətbiqlər kimi qələmə verilib.

Lakin əslində həmin tətbiqlər smartfona quraşdırılandan sonra istifadəçiyə reklam elanlarını təqdim edirlər və istifadəçinin cihazında mümkün qədər uzun müddət ərzində qalmaq üçün müxtəlif tətbiqlərin adları və ikonları kimi maskalanırlar. Bəzi hallarda bu cür zərərli tətbiqlər həmçinin Google Play Store kimi də maskalanırlar. İstifadəçiyə reklam elanlarının təqdim edilməsi üçün aşkar edilmiş tətbiqlər Android Contact Provider adlı sistem komponentindən istifadə edirlər. Reklamların göstərilməsi prosesi cihaza hər yeni tətbiqin quraşdırılması zamanı baş verir və bu halda istifadəçi bunun səbəbinin quraşdırılan yeni tətbiqdə görür. Reklam elanlarının sərgilənməsi ilə məşğul olan zərərli tətbiqlərin siyahısı aşağıdakı kimidir. 

Siyahıda olan bütün tətbiqlər artıq Google Play-dən siliniblər.

www.SEN.az

About FERZELIYEV

Check Also

Yaponiyanın ən etibarsız avtomobilləri – SİYAHI

Ən etibarlı yapon avtomobillərini müəyyən edən HotCars mütəxəssisləri “əksinə gediblər” və ən problemli beş yapon …

Sperma və ana bətni olmadan süni embrion yaradıldı – ŞOK İXTİRA

Dünyada süni insan yetişdirilməsi mərhələsi başlayır. Belə ki, İsraildə orqanları funksional olan süni embrionlar yaradılıb. …

Mayk Taysonun nadir “Ferrari”si hərraca çıxarıldı

ABŞ-da 1996-cı il istehsalı olan nadir “Ferrari F50” Gooding & Company tərəfindən hərraca çıxarılıb.  SEN.az-ın …

Niyə telefonu sol qulağınıza tutub danışmalısınız?

Danışıq zamanı telefonun sol qulaqda tutulması barədə fikir var. SEN.az xarici mediaya istinadla bu iddianın …

“Xiaomi” yeni qatlanan smartfonunu TƏQDİM ETDİ

“Xiaomi” Mix Fold 2 smartfonunu təqdim edib.  SEN.az xəbər verir ki, bu barədə “Engadget” məlumat …