Çərşənbə , İyul 6 2022

Bütün düymələrdən imtina – YENİ TELEFON

   Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır.

SEN.az techonete-yə istinadən bildirir ki, şirkətin yeni patenti məhz buna işarə edir. Şirkətin yeni patentinə əsasən cihazlarda sensorlu düymələr reallaşdırılacaq və həmin düymələr cihazların gövdələrində lazım olduqları zaman ortaya çıxacaqlar. Patentdəki təsvirə əsasən cihazların gövdələrində sensorlu düymələrin yerləşəcəkləri yerlərdə işıq keçiriciliyinə sahib mikroperforasiyalar olacaqlar. İstifadəsi lazım olduğu halda onlar işıq saçacaqlar və beləliklə istifadəçi barmağını hara toxundurmalı olduğunu başa düşəcək. Bü cür sensorlu düymələr fiziki analoqlardan geri qalmayaraq toxunuşlara və klikləmələrə reaksiya verə biləcəklər.

 

Lazım olmadıqları halda isə həmin düymələr deaktiv olacaqlar və gözə görünməyəcəklər. Apple şirkətinin fikrincə bu cür texnologiyadan istifadə imkanları çox genişdir. Məsələn bu cür sensorlu düymələr müxtəlif bildirişləri əks etdirə bilərlər. Bundan əlavə olaraq cihazdan istifadə üzrə müxtəlif ssenarilərdə onlar öz indikatorlarını dəyişə də bilərlər. Çox güman ki, bu cür texnologiya Apple cihazlarında yaxın zamanda reallaşdırılmayacaq. Lakin onun gələcəkdə reallaşdırılma ehtimalı çox yüksəkdir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Apple şirkətinin öz cihazlarında şarj girişlərindən imtina etmək kimi bir planı da var idi.

www.SEN.az

About FERZELIYEV

Check Also

24 milyona maşın nömrəsi SATILIR

ABŞ-da avtomobil qeydiyyat nişanı satışa çıxarılıb ki, bu da dünyada ən bahalı sayılır. SEN.az xarici …

Apple saatları temperaturu ölçüb, məsləhət verəcək

Apple saatları temperaturu da ölçə biləcək.  SEN.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu“ Bloomberg”in …

“Iphone 14 Pro” rekord qiymətə satılacaq

“Iphone 14 Pro” smartfonları rekord qiymətə çatılacaq.  SEN.az  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə …

Velosipeddə yeni dünya rekordu – 272 km/saat -VİDEO

Alman idmançı velosipeddə yeni dünya rekorduna imza atıb. SEN.az-ın xəbərinə görə, rekord Kletvits şəhəri yaxınlığındakı …

İyun ayının ən yaxşı smartfonları AÇIQLANDI

“Gizchina” portalı iyun ayında satışa çıxarılan ən yaxşı smartfonların siyahısını dərc edib. 120 Hz yeniləmə …