Çərşənbə axşamı , Avqust 16 2022

4 milyondan çox azərbaycanlının üz tutduğu məkan: 18 yaşı tamam oldu

Bu gün “Facebook”un yaranma günüdür. Dünyanın ən böyük və ən çox izləyicisi olan “Facebook” sosial şəbəkəsi necə yaranıb? 

SEN.az “Facebook”un qısa yaranma tarixçəsini təqdim edir:  

Bu sosial şəbəkə 2004-cü il fevral ayının 4-ü Harvard Universitetinin tələbəsi Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən yaradılıb. 

Həmin dövrlərdə “Facebook” universitet tələbələrinin görüş yeri kimi hazırlanıbmış. Buna baxmayaraq, aktiv istifadəçilərinin sayı 66 milyonu keçmişdi. 

Həmin illərdə “Facebook” şəbəkəsinin durmadan sürətli inkişafı və məşhurluğu Markı universiteti tərk etməyə sövq etmişdi. 

Bu gənc layihəyə əvvəlcə Piter Til investisiya qoyub, sonra şirkət ödəmə sistemi olan "PayPal"la əməkdaşlıq etməyə başlayıb. Bütün bunlara o, 500 min dollar vəsait qoyub. 

2010-cu ilin oktyabrında “Microsoft” şirkəti "Facebook"un 1,6 faiz səhmini 240 milyon dollara alıb. Bu qiymətə həm də 2011-ci ilə kimi “Facebook”da edilən reklam xidmətləri də daxil idi.

“Facebook”a ölkəmizdə də tələbat az deyil. İlk dəfə tətbiqin Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarında başlanılıb.  2009-cu il oktyabrın 2-dən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər hesab tənzimləmələrindən dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə “Facebook”u bu dildə istifadə edə bilirlər. Ötən ilin martına olan statistikaya görə, Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 4 milyon 337 mindir.

Qeyd edək ki, ilk adı “The Facebook” olan tətbiq artıq “Meta” şirkətinə məxsusdur. 

www.SEN.az

About FERZELIYEV

Check Also

Yaponiyanın ən etibarsız avtomobilləri – SİYAHI

Ən etibarlı yapon avtomobillərini müəyyən edən HotCars mütəxəssisləri “əksinə gediblər” və ən problemli beş yapon …

Sperma və ana bətni olmadan süni embrion yaradıldı – ŞOK İXTİRA

Dünyada süni insan yetişdirilməsi mərhələsi başlayır. Belə ki, İsraildə orqanları funksional olan süni embrionlar yaradılıb. …

Mayk Taysonun nadir “Ferrari”si hərraca çıxarıldı

ABŞ-da 1996-cı il istehsalı olan nadir “Ferrari F50” Gooding & Company tərəfindən hərraca çıxarılıb.  SEN.az-ın …

Niyə telefonu sol qulağınıza tutub danışmalısınız?

Danışıq zamanı telefonun sol qulaqda tutulması barədə fikir var. SEN.az xarici mediaya istinadla bu iddianın …

“Xiaomi” yeni qatlanan smartfonunu TƏQDİM ETDİ

“Xiaomi” Mix Fold 2 smartfonunu təqdim edib.  SEN.az xəbər verir ki, bu barədə “Engadget” məlumat …