Çərşənbə , İyul 6 2022

Ən çox satılan smartfon 

“Apple”nin 3 cihazı dünyada ən çox satılan ilk 5 smartfon arasında yer alıb. 

SEN.az xarici mediaya istinadla bildirir ki, bu barədə IDC-nin analitiki Fransisko Ceronimo öz “Twitter” səhifəsində məlumat verib.

Ceronimo IDC-nin 2022-ci ilin birinci rübü üçün aktual hesabatına istinad edib. Mütəxəssis bazarda ən populyar cihazın adını çəkib – onun iPhone 13 olduğu ortaya çıxıb.

İkinci yeri iPhone 13 Pro Max, üçüncü yeri isə Samsung Galaxy A12 tutur. İlk beşliyə iPhone 13 Pro və Samsung Galaxy A32 də daxil olub.

Analitik onu da qeyd edib ki, “Apple” şirkətinin “iPhone 13” seriyasından əldə etdiyi gəlir 42 milyard dollar təşkil edib ki, bu da şirkətin ümumi smartfon satışından gəlirinin 84 faizindən çoxunu təşkil edir.

“Samsung” isə aşağı qiymətli cihazlar seqmentində liderdir. Galaxy A12 və A32 kimi cihazlar şirkət üçün təxminən 3,6 milyard dollar gəlir gətirib.
 

www.SEN.az

About FERZELIYEV

Check Also

24 milyona maşın nömrəsi SATILIR

ABŞ-da avtomobil qeydiyyat nişanı satışa çıxarılıb ki, bu da dünyada ən bahalı sayılır. SEN.az xarici …

Apple saatları temperaturu ölçüb, məsləhət verəcək

Apple saatları temperaturu da ölçə biləcək.  SEN.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu“ Bloomberg”in …

“Iphone 14 Pro” rekord qiymətə satılacaq

“Iphone 14 Pro” smartfonları rekord qiymətə çatılacaq.  SEN.az  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə …

Velosipeddə yeni dünya rekordu – 272 km/saat -VİDEO

Alman idmançı velosipeddə yeni dünya rekorduna imza atıb. SEN.az-ın xəbərinə görə, rekord Kletvits şəhəri yaxınlığındakı …

İyun ayının ən yaxşı smartfonları AÇIQLANDI

“Gizchina” portalı iyun ayında satışa çıxarılan ən yaxşı smartfonların siyahısını dərc edib. 120 Hz yeniləmə …