20.02.2019

WhatsApp-dan möhtəşəm YENİLİK - FOTO

1454667541 56b45ea8c03c0e3dd0d00393

 Dünyanın ən məşhur mesajlaşma tətbiqi WhatsApp üçün daha bir yenilik hazırlanıb.

SEN.AZ bildirir ki, "Whats Stats" adlanan yeni tətbiq siyahınızdakı şəxslərin bütün addımlarını öyrənmənizə imkan verir. Onlayn olduğunuz andan etibarən tətbiq seçdiyiniz şəxsi təqib etməyə başlayır.

Ötən il əfsanəvi bir şəkildə yayılan və WhatsApp üçün hazırlanmış ilk tətbiq olan "WhatsDog" "stalk" mədəniyyətini formalaşdırıb. İstədiyiniz adamın onlayn olub olmadığını öyrəndiyiniz bu proqram artıq "Google Play Store"da yerləşir. "WhatsStats" isə hazırda ən məşhur təbiqlər arasındadır.

1454667555 56b45e92c03c0e3dd0d00390


Tətbiqin istifadəçilərə verdiyi məlumatlar o qədər çoxdur ki, az qala izlədiyiniz şəxsin aldığı nəfəsə qədər təqib edə bilirsiniz. Tətbiq şəxsin son görülmə zamanını, onlayn olduğu zaman kəsimlərini və ümumi onlayn olduğu müddəti, profil şəkili arxivi kimi bir çox addımını istifadəçiyə göstərir. 

1454667506 56b45e4bc03c0e3dd0d00388



Təəssüf ki, bu tətbiq "iOS" əməliyyatlar sistemi üçün hazırlanmayıb. "Apple"in bu mövzudakı rəftarı sərt olduğu üçün tətbiqin hazırlanması mümkün deyil. Lakin proqramçılara sərhədsiz azadlıq təmin edən əməliyyat sistemi "Android" ağılımıza gələn hər şeyi tətbiq formasında hazırlamağa şərait yaradır.

Çap E-mail