22.08.2019

Gərəyiniz olar: smartfonlar üçün GİZLİ KODLAR

smartfon 23475765767

 Hər birimizin smartfonu var, amma hərf və rəqəmlərin müəyyən kombinasiyalarının mobil telefon barədə "məxfi" məlumatları təqdim etdiyini çox az adam bilir.

SEN.AZ  smartfonların "gizli" kodlarını təqdim edir:

*#06# - istənilən smartfonun İMEİ kodunu, yəni unikal nömrəsini göstərir
*#21# - zənglər, SMS-lər və başqa məlumatların təkrar ünvanlandırılmasını göstərir
*#62# - gələn zənglərin hansı ünvana yönləndirildiyini öyrənmək olar
##002# - zənglərin istənilən yönləndirilməsini dayandırır
*#30# - zəng vuran şəxsin nömrəsinin müəyyənləşməsi barədə məlumat
*#33# - servislərin dayandırılmasını göstərir
*#43# - gözləyən zənglər barədə informasiya
*#*#3646633#*#* - MTK çipi əsasındakı Android smartfonlar üçün "mühəndis menyusu"

Samsung smartfonları üçün

*#0*# - ekran, dinamiklər və s.-nin testləri
*#1234# - əməliyyat sisteminin versiyası barədə məlumat
*#0228# - akkumulyatorun vəziyyəti barədə məlumat
*#12580*369# - smartfonun funksionallığı barədə məlumat (əsasən Samsung Galaxy S4 smartfonları üçün)

Çap E-mail