Çərşənbə axşamı , Dekabr 9 2025

Şakira Pikeyə söz atdı: “YENİ KÖRPƏNİZƏ DE Kİ…”

Şakira Jerar Pikedən ayrıldıqdan sonra növbəti mahnısını təqdim edib.

SEN.az xəbər verir ki, “TQG – Te Quedo Grande – Şakira” adlı treki 46 yaşlı kolumbiyalı müğənni həmyerlisi Karol G ilə birlikdə səsləndirib. 

Tamamilə ayrılıq mövzusuna həsr olunan mahnıda Şakira keçmiş sevgilisi Pikeyə “atmaca”lar yollamağı unutmayıb.

Yaşadıqlarını unutduğunu və xoşbəxt olduğunu deyən müğənni futbolçuya ismarışında deyir: “Bala, nə olub? Aşiq deyilsən? Səhvləri təkrarlamadığımı bilirsənsə, niyə yenə məni axtarırsan? Yeni körpənizə de ki, mən kişilər üçün döyüşmürəm”.

Bu, Şakiranın Pikedən ayrıldıqdan sonra oxuduğu ikinci mahnıdır. Böyük səs-küyə səbəb olan ilk trekdə müğənni  “Barselona”nın keçmiş futbolçusunun xəyanətinə “Ferrari”ni “Twingo”ya, “Rolex”i “Casio”ya dəyişdin” deyə münasibət bildirmişdi.

Qeyd edək ki, Şakira və Pike 12 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Futbolçunun müğənnini aldatdığı bildirilirdi.

www.SEN.az

About FERZELIYEV

Check Also

Konsertdə XƏYANƏT görüntüləri yayılan rəhbər işdən qovuldu

Bostonda keçirilən Coldplay konsertində gözlənilmədən baş verən qalmaqal stadionun hüdudlarını aşaraq geniş rezonansa səbəb olub. …

Konsertdə XƏYANƏT görüntüləri yayılan rəhbər işdən qovuldu – VİDEO

Bostonda keçirilən Coldplay konsertində gözlənilmədən baş verən qalmaqal stadionun hüdudlarını aşaraq geniş rezonansa səbəb olub. …

Tom Kruz necə bu qədər cavan qalıb? – Pəhrizi AÇIQLANDI

Tom Kruz – zamanın təsirinə məruz qalmayan Hollivud əfsanəsidir. Artıq 60 yaşını keçməsinə baxmayaraq, o …

Bir dövr Alen Delonla eyni kinoya çəkilən məşhurlarımıza tələb niyə azalıb?

Sovet dönəmində Azərbaycan aktyorları müttəfiq respublikaların çəkdiyi filmlərdə də rol alıblar. Hətta sovet məkanını aşıb, …

Heyrətamiz modelin uğur hekayəsi – FOTO

Dünyanın ən böyük sinəsinə malik olan qadınlardan biri də israilli Yuval Levydir.  SEN.az xəbər verir …