Çərşənbə axşamı , Fevral 7 2023

“Şərəf” və “Şöhrət” ordenli rəqqasə: “Məni valeh etdilər”

“Oğlanların rəqsini xüsusilə bəyəndim. Məni valeh etdilər”.

Bunu Sen.Az-a açıqlamasında Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli rəqqasə Roza Cəlilova Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konsertində deyib.

“Rüfətin (Ansamblın bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə – red.) əziyyəti sayəsində rəqs ansamblı çox yüksək səviyyədədir. Oğlanların rəqsini izləyəndə sanki Rüfəti gördüm. O, gənc vaxtı gəldi, rəqs etdi, indi də bədii rəhbərdir. Mən çox sevinirəm ki, kollektivin rəhbəri odur. Rəqqas, rəqqasənin bədii rəhbər olması çox nadir hallarda olur. Rüfət çox gözəl rəqs edib, çox gözəl rəqslər qurur, çox da gözəl kollektivi var. Onunla fəxr edirəm. Mən hər adama bu sözü demirəm”, – deyə o bildirib.

Qeyd edək ki, 9 may 2022-ci il tarixində Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçirilib.

Konsertin açılış rəqsi Xalq artisti Rüfət Xəlilzadənin bədii rəhbəri olduğu Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Mənim Azərbaycanım” süitası olub.

Konsertdən əldə olunacaq gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün “YAŞAT” Fonduna ianə ediləcək.

Dilşad Bəhruzqızı

www.SEN.az

About FERZELIYEV

Check Also

Füsunkar səsi ilə ürəkləri fəth edən sənətkar Şövkət Ələkbərovanın anım günüdür

Bu gün böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın anım günüdür.  Sen.Az xəbər verir ki, Ş.Ələkbərova 1922-ci …

Konserti ləğv olan müğənni Azərin SEN.az-a DANIŞDI

Türkiyədə yaşayan azərbaycanlı müğənni Azərin də baş verən zəlzələ ilə bağlı öz dəstəyini bildirən məşhurlardandır.  O, …

Rəqsanənin konsertinin qiyməti AÇIQLANDI: 12 manat…

Azərbaycanlı müğənni Rəqsanə İsmayılova Tbilisidə konsert verəcək. SEN.az xəbər verir ki, konsert Tbilisi Dövlət Konsert …

Azərbaycanlı məşhurlar Türkiyədəki zəlzələ barədə NƏLƏR DEDİ?

Bu gün Türkiyədə səhər saatlarında baş verən dəhşətli zəlzələ çoxumuzu kədərləndirdi. Kədərini və qardaş ölkəyə …

“Vücudumda hər yerim mükəmməldir” – Yıldız Tilbe

Tanınmış müğənni Yıldız Tilbe alış-veriş edərkən kameralara tuş gəlib.  SEN.az Türkiyə mediasına istinadən xəbər verir …