Müğənni-bəstəkar Murad Arif müharibə dövründə insanlara səslənib.
Sen.az xəbər verir ki, sənətçi vətəndaşları məsuliyyətli olmağı, ictimai asayişi pozmamağı məsləhət görüb:
“Əziz və doğma yurdumun gözəl insanları, belə bir dönəmdə hər birimiz məsuliyyətli olmalıyıq. Hazırda Azərbaycanın hər yeri cəbhə bölgəsidir. Qayda-qanun, nizam-intizam olmayan cəbhə zəfər qazana bilər? Terror, kütləvi qırğınlardan sığortalanmaq bilirsiniz nədir? Bilirsiniz bu günlər Dövlət Təhlükəsizliyi Xidməti hansı gərginliklə işləyir, nələrin qarşısını alıb? Siz bilirsiniz ki, şəhərdə asayiş pozulsa, bütün əməliyyatlara, strategiyaya, siyasətimizə xələldir?”
Qeyd edək ki, sənətçi bir müddət əvvəl sosial şəbəkə hesabında izləyicilərinə çağırış edərək orduya vəsait toplamaq istəyib. Onun orduya dəstək olmaq təşəbbüsünə dostları və müxtəlif qurumlar qoşularaq Azərbaycan Silahlı Qüvvəllərinə Yardım Fonduna 450 min manatdan çox pul köçürüblər.