Türkiyənin məşhur aktrisası Ezgi Molanın Musa Orhana qarşı təhqirə görə məhkəmə prosesi başa çatıb.
SEN.az xəbər verir ki, məhkəmənin son qərarı bəlli olub. Aktrisaya 6 min 960 TL pul cəzası kəsilib. Məhkəmə bitəndən sonra görüntülənən Ezgi jurnalistlərə “təəcübləndinizmi? Mən yox… Ümid edirəm daha təəccüblü günlər görərik”, – deyib.
Qeyd edək ki, aktrisa Ezgi Mola 18 yaşlı qıza cinsi təcavüz edib həbs olunan Musa Orhan adlı şəxsi sosial media üzərindən təhqir etməkdə ittiham olunurdu.
Ezgi Mola və Musa Orhan
www.SEN.az