Çərşənbə axşamı , Avqust 16 2022

“Kişi kimi yaşayıb, kişi kimi ölmək” – Araz Zeynalovun reper oğlu yazdı

Keçmiş “HOST” qrupunun üzvü AİD ləqəbi ilə bilinən reper Orxan Zeynallı vəfat edən atası, tanınmış jurnalist Araz Zeynalov haqqında yazıb.

SEN.az xəbər verir ki, bu barədə reper şəxsi “Instagram” hesabında paylaşım edib: 

"Prospektin yazılmamış bir nömrəli qanunu – “Kişi kimi yaşayıb, kişi kimi ölmək”dir. Mən özüm belə pafoslu məhəllə əfsanələrindən uzaq olsam da, köhnə məktəb nümayəndələrinin haqqını yemək olmaz. İntellektual, geyimi keçimi yerində, hazırcavablıq, yumor hissi, status, xeyirxahlıq və cəmiyyətdə hörmət. Bu sadalanan dəyər və prinsiplərə son gününə qədər əməl etmək.

Dünən atam dünyasını öz sevimli prospektində dəyişdi. Son aylar yataqdan qalxmasa belə, bahalı ətirindən mütləq istifadə edirdi, zarafatlarından qalmırdı. Deyirdi ki, yubileyimdə rəhmətə getsəm, yaxşı xəbər başlıqları alınar…

Yubiley məsələsi olmasa da, başlıqlar və postlar bol olacaq. Adına layiq. Onun üçün çox vacib idi. Allah rəhmət eləsin, papa".

Xatırladaq ki, jurnalist  A.Zeynalov avqustun 3-də 61 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.


 

www.SEN.az

About FERZELIYEV

Check Also

Məşhur aparıcının yoldaşı ilə birlikdə İLK FOTOSU -FOTO

Müge Anlı və həyat yoldaşı Şinasi Yüzbaşıoğlunun ilk dəfə bir yerdə fotosu yayılıb. SEN.az xarici …

Məşhur yarışmanın azərbaycanlı iştirakçısı TANINMAZ HALDA – FOTO

Bir zamanlar populyar proqram "İşte benim stilim" yarışmasında tanınan Sima Şərafətdinovanın illər ərzində dəyişməsi diqqətdən yayınmayıb.  …

Məşhur yarışmanın azərbaycanlı iştirakçısı TANINMAZ HALDA – FOTOLAR

Bir zamanlar populyar proqram "İşte benim stilim" yarışmasında tanınan Sima Şərafətdinovanın illər ərzində dəyişməsi diqqətdən yayınmayıb.  …

Həmkarı ilə ömrü boyu danışmadı, plastik əməliyyat vaxtı öldü, həkimi stresdən dünyasını dəyişdi – FOTO

Kulis.az 53 yaşında dünyasını dəyişən müğənni Reyhan Müslümova haqqında 10 maraqlı fakt əldə edib. Sen.Az …

Bu da Röyanın Londonda oxuyan oğlu – FOTO

Xalq artisti Röya Ayxanın oğlu Hüseyn Cəlilov təhsili ilə bağlı getdiyi Londondan geri qayıdıb. SEN.az …