Çərşənbə axşamı , Sentyabr 16 2025

“Kədər üçbucağı” filmi “Qızıl palma budağı” mükafatı qazanıb

75-ci Kann Film Festivalında  İsveç rejissoru Ruben Estlundanın “Kədər üçbucağı” filmi “Qızıl palma budağı” mükafatı qazanıb.

Qaliblərin adı Fransanın paytaxtında yerləşən məşhur Festivallar Sarayında elan olunub.

Həmçinin iranlı aktrisa Zar Əmir İbrahimi isə “Ən yaxşı qadın rolu” mükafatını qazanıb.

O, bu nominasiyada qalibiyyəti Əli Abbasinin “Holy Spider”(“Müqəddəs Hörümçək”) filmindəki roluna görə əldə edib.

“Ən yaxşı kişi rolu”nda qalib isə koreyalı Sonq Kanq-ho olub. O, bu mükafatı “Broker” filminə görə qazanıb.

Qısametrajlı filmlərdə isə “Qızıl palma” mükafatını çinli rejissor Jianyinq Çenin “The Water Murmurs”(“Su şırıltısı”) filmi qazanıb.

“Ən yaxşı ssenari” üzrə qalib isveçli rejissor Tarik Salehin “Boy from Heaven”(“Cənnətdən gələn oğlan”) filmi olub.

Mənbə: Swissinfo.ch

www.SEN.az

About FERZELIYEV

Check Also

Konsertdə XƏYANƏT görüntüləri yayılan rəhbər işdən qovuldu

Bostonda keçirilən Coldplay konsertində gözlənilmədən baş verən qalmaqal stadionun hüdudlarını aşaraq geniş rezonansa səbəb olub. …

Konsertdə XƏYANƏT görüntüləri yayılan rəhbər işdən qovuldu – VİDEO

Bostonda keçirilən Coldplay konsertində gözlənilmədən baş verən qalmaqal stadionun hüdudlarını aşaraq geniş rezonansa səbəb olub. …

Tom Kruz necə bu qədər cavan qalıb? – Pəhrizi AÇIQLANDI

Tom Kruz – zamanın təsirinə məruz qalmayan Hollivud əfsanəsidir. Artıq 60 yaşını keçməsinə baxmayaraq, o …

Şakira Pikeyə söz atdı: “YENİ KÖRPƏNİZƏ DE Kİ…”

Şakira Jerar Pikedən ayrıldıqdan sonra növbəti mahnısını təqdim edib. SEN.az xəbər verir ki, “TQG – …

Bir dövr Alen Delonla eyni kinoya çəkilən məşhurlarımıza tələb niyə azalıb?

Sovet dönəmində Azərbaycan aktyorları müttəfiq respublikaların çəkdiyi filmlərdə də rol alıblar. Hətta sovet məkanını aşıb, …