Salı , Kasım 24 2020

Dünya şöhrətli ulduzlardan Azərbaycana BÖYÜK DƏSTƏK – FOTO

Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ uğrunda işğalçı Ermənistana qarşı apardığı haqq mübarizəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkə rəhbərləri, rəsmi nümayəndəliklərlə yanaşı tanınmış simalardan da dəstək mesajları gəlməyə davam edir.

Sen.az xəbər verir ki, “NARGIS” jurnalının 51-ci buraxılışının qəhrəmanı olan məşhur modelyer Donatella Versaçe Azərbaycan haqqında fikirlərini bölüşüb. “Nargis” jurnalı eyni zamanda Türkiyə estradasının pop divası Ajda Pekkan və Yeşil Çamın əfsanəvi aktrisası Türkan Şorayın ölkəmizə dəstək sözlərini yayımlayıb.

“Azərbaycanı daha tez-tez ziyarət etmək istərdim. Həm ölkəniz, həm də xalqınız çox gözəldir! Zəngin mədəni irsiniz, şəhərin gözəlliyi isə çox böyük təsir bağışlayır”. Ajda Pekkan

“Azərbaycan xalqı o qədər istiqanlı və qonaqpərvərdir ki, ölkəniz mənim ikinci evim kimidir. Bu, rəsmiyyət xətrinə deyilmiş fraza deyil, həqiqətən belədir. Azərbaycana gələndə özümüzü vətənimizdə hiss edirik”. Türkan Şoray

“Azərbaycan başqalarına bənzəməyən çox məxsusi bir yerdir. Ölkə Avropa və Asiyanın qovşağında yerləşir, bu da mədəniyyətlərin və dinlərin unikal ahəngini yaradır. Arxitekturası, modası, insanları, hətta mətbəxi Şərq və Qərbin birləşməsidir”. Donatella Versace

About www. SEN.az

Check Also

Azərbaycanlı müğənni “McDonald’s”ı boykot edənlərə ETİRAZ ETDİ

“Avroviziya 2011” mahnı müsabiqəsində ölkəmizi təmsil edərək birincilik qazanan Eldara Qasımov “İnstagram” səhifəsində “McDonald’s” restoranlar …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir