Çərşənbə axşamı , Noyabr 22 2022

Aysun İsmayılova: “O adda atam yoxdur”

Müğənni Aysun İsmayılova ilk dəfə atası barədə açıqlamalar verib.

SEN.az xəbər verir ki, o, anası Rəqsanə İsmayılovanın "YouTube"da yayımlanan “Göz önündə” verilişində bəzi məsələlər barədə danışıb.

Rəqsanənin "Atanı heç axtarmısanmı? Onu tanımaq üçün addım atmısan?" sualına Aysun belə cavab verib:

"Axtarmışam, uşaq olanda. Mən ondan atalıq görməmişəm. Yəni, yanımdan keçsə tanımaram. Təbii ki, onu tanımaq üçün addım atdım. Uşaq idim, 12-14 yaşım olardı. Tam yadımda deyil, yalan deyərəm. Nənəmdən xahiş etdim ki, atamı görmək istəyirəm. Çünki mənə hər kəs deyir ki, sən Yaşara-atana oxşayırsan. Ona görə mənə maraqlı idi. Getdim, axtardım, Goranboya getdik. Heç özü qarşıma çıxmadı, bir kəlmə dedi ki, mənim o adda qızım yoxdur. O sözü deyibsə, deməli, mənim də o adda atam yoxdur. Əmim çıxdı qarşıma, dedi ki, atan səni görmək istəmir. Məni tapmaq o qədər də çətin deyil. İstəyən ata özü bu illər ərzində axtarıb tapardı. Mən ondan nə var istəmişəm, nə dövlət istəmişəm, heç nə istəməmişəm”.

Qeyd edək ki, Rəqsanə İsmayılovanın Aysundan başqa bir oğlu və bir qızı da var.

www.SEN.az

About FERZELIYEV

Check Also

Könül Xasıyeva Zaur Kamalı polisə verdi – QALMAQAL

Xalq artisti Könül Xasıyeva teleaparıcı Zaur Kamalı polisə verib. Bakupost.az-ın məlumatına görə, buna səbəb Z.Kamalın …

Dövlət Komitəsi: “Yuxarı Gövhər Ağa məscidinin bərpası yekunlaşmaq üzrədir”

“Şuşanın Yuxarı Gövhər Ağa məscidinin bərpası yekunlaşmaq üzrədir”. “SEN.az” xəbər verir ki, bunu Dini Qurumlarla …

Fikrət Əmirovun anadan olmasından 100 il ötür

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 100 il ötür. Azərbaycan klassik musiqi …

Məşhur repçi ABŞ prezidentliyinə NAMİZƏDDİR – FOTO

Dünya şöhrətli amerikalı repçi Kanye Uest 2024-cü ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək. SEN.az xarici …

Cem Yılmazdan ŞİKAYƏT ETDİLƏR – SƏBƏB

Türkiyənin məşhur komediya oyunçusu Cem Yılmaz haqqında İstanbul Baş Prokurorluğuna şikayət daxil olub. SEN.az xəbər …