Cümə axşamı , May 26 2022

Afət Fərmanqızı axtarışa verilməsindən DANIŞDI: “Evimdəyəm” – YENİLƏNİB

Müğənni Afət Fərmanqızı axtarışa verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Müğənni SEN.az-a açıqlamasında hazırda Tovuzda, ata yurdunda olduğunu dilə gətirib:

“Hamiləliyimlə bağlı hazırda Tovuzda, ata evimdəyəm. Bakının havası mənə xoş olmadığı bura istirahətə gəlmişəm. Həm də ata evimi təmir etdirəcəm. Kimdənsə qaçıb gizlənmirəm, Tovuzdayam, yaşadığım, doğulduğum yer buradır. Məhkəməni də göndərsinlər bura iştirak edək. Bununla bağlı məhkəməyə də sənəd göndərilib”.

Afət Fərmanqızı həmçinin iş davam edən məhkəmə prosesindən də danışıb:

“Bu sənəd üzərində mənimlə Flora Kərimova arasında olan məhkəmədir. Ancaq elə deyil. Flora Kərimova kiməsə arxalanıb belə addım atır. Necə oldu ki, 3 ildən sonra məni məhkəməyə verdi?! Mən heç yerdə çıxışlarımda ad çəkməmişəm. Binəqədi məhkəməsi 6 maddə pozuntusu ilə işi icraata götürdü. Vəkilim kifayət qədər savadlı adamdır. Bununla bağlı Məhkəmə-Hüquq Şurasına da müraciət etmişik”.

***

saat 13:05

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb.

SEN.az SEN.az-ya istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb.

Akta əsasən, ittiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib. Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunmasını tələb edir.

www.SEN.az

About FERZELIYEV

Check Also

Jurnalistlərin sualına cavab verməmək üçün görün nə etdi…

Qatıldığı məclislərin birində aparıcı Melike Öcalana “əlim kimə dəyir, məşhur olur, amma bir sənə dəydirmədim …

“Onları “Quran”ın altından keçirtdim” – Tanınmış bəstəkar

“Restoran tipli konsertlər çoxalıb. Konsert yoxdur, şou var. Dünyadakı şouların heç birini bəyənmirəm". Bu sözləri …

Gizlin evliliyin sonu: Məşhur aktyor boşanır..

Türkiyəli aktyor Alperen Duymaz yoldaşı Kübra Kelkit ilə boşanmaq qərarına gəliblər.  SEN.az Türkiyə mətbuatına istinadən …

Aylin Talıbova pianoçuların beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb – FOTO

Bu günlərdə İstanbulda 16-cı “Pera Piano” beynəlxalq piano müsabiqəsi və festivalı başa çatıb. sen.az xəbər …

Məşhur aktrisa MƏHKƏMƏDƏ UDUZDU

Türkiyənin məşhur aktrisası Ezgi Molanın Musa Orhana qarşı təhqirə görə məhkəmə prosesi başa çatıb.  SEN.az …