26.02.2020

Səni Sevirəm

1455168220 6993724 wallpaper of beautiful girl

 Nə yaxşı sən varsan Sevirəm Səni!

Gözlərim əbədi gözünə həsrət,
Qulaqım bir şirin sözünə həsrət.
Özüm bu dünyanın özünə həsrət ,
Nə yaxşı sən varsan Sevirəm Səni...

Bilmirəm gozlərin necədir sənin,
Sacların bir zulmət gecədir sənin.
Bilmirəm hec yaşın neçədir sənin,
Nə yaxsı sən varsan,sevirəm səni...

Sən hardan gəlirsən,yolun haradı?
Bəlkədə ürəyin,qəlbin yaradı.
Bəlkə taleyin tək saçın qaradı,
Nə yaxşı sən varsan Sevirəm Səni...

Dünya dagılmazki Sən Mənim olsan,
Gəlib ürəyimi,könlümü alsan.
Bəlkə bir yuxusan,şirin xəyalsan,
Nə yaxşı sən varsan Sevirəm Səni...

Sən mənim aldıgım gizli nəfəssən,
Mənə bu dünyada ən yaxın kəssən.
Sən necə varsansa menimcun bəssən,
Nə yaxşı sən varsan Sevirəm Səni...

Çap E-mail