Cümə axşamı , May 26 2022

Koronavirusla bağlı BƏD XƏBƏR: 10 il sonra…

 “Covid-19” virusuna yoluxan insanların 10 faizində bu xəstəliyin izi özünü hətta bir il sonra da göstərə bilər”.

SEN.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin mütəxəssisləri apardıqları tədqiqatların nəticələrinə əsasən bildiriblər.

  Yaponiya mütəxəssisləri qeyd edirlər ki, xəstəliyin izi özünü əsasən əzələ kütləsinin azalmasında göstərir. Bu hal həmin xəstələrin 7,4 faizində müşahidə olunur.

  Eyni zamanda bildirilir ki, koronavirusa yoluxanların 4,4 faizində nəfəs çatışmazlığı, 3,5 faizində isə yuxululuq halları özünü göstərir.

  Əlavə olaraq qeyd edilir ki, tədqiqatlarda 2020-ci ilin sentyabrından 2021-ci ilin iyulunadək koronavirusun ağır formasına yoluxan 693 nəfər iştirak edib.

  “Zaman keçdikcə simptomların davam etməsindən şikayət edənlərin sayının azalmasına baxmayaraq, bəzi xəstələrdə xəstəliyin təsiri hələ də müşahidə edilir”, – deyə nazirliyin tədqiqatçılar qrupunun rəhbəri Akihito Yokoyama bildirib.

  Həmçinin qeyd edilir ki, xəstəliyə yoluxanların 5,1 faizinin ciyərlərində tomoqrafiya zamanı müxtəlif dərəcəli xəsarətlər müşahidə olunur.

www.SEN.az

About FERZELIYEV

Check Also

Meymunçiçəyinin dərmanı tapıldı

Britaniyalı həkimlər meymunçiçəyinin müalicəsi üçün dərman tapıblar.  SEN.az xəbər verir ki, bu barədə məlumat “Lancet” tibbi …

Kosmetika şirkətindən Ağstafada yaşayan qadınlara gözəllik dolu təklif -VİDEO

“NEW WELL” kosmetika şirkəti Ağstafada yeni məhsullarını təqdim edib. SEN.az TV-nin yerli bürosunun xəbərinə görə, …

Gündə bir stəkan pivə: 100 il yaşamaq ehtimalınız var

Tədqiqatlar təsdiqləyir ki, gündə bir stəkan pivə içən kişilərin 100 yaşına qədər yaşama ehtimalı 81 …

“Meymun çiçəyi” ilə bağlı XƏBƏRDARLIQ: Yoluxma sürətlə artacaq

Böyük Britaniya “meymun çiçəyi”nə yoluxma hallarında əhəmiyyətli artımla üzləşəcək. SEN.az-ın xarici mediaya istinadla xəbərinə görə, …

Xəstənin böyrəyindən 200-dən çox daş çıxarıldı

Altı aylıq işgəncədən sonra, Hindistanın Heydərabad şəhərindən olan 56 yaşlı kişinin böyrəyindən həkimlər 206 daşı …