Cümə axşamı , May 26 2022

Gecə telefonu yastığın altına qoyanlara XƏBƏRDARLIQ: Dəhşətli təhlükəlidir

Bir çox insan gecə laqeydlik edərək mobil telefonlarını yastığın altına qoyur.
 
SEN.az xarici mediaya istinadla xəbər verir ki, onları hansı təhlükənin gözlədiyini isə bilmirlər.
 
Ondan başlayaq ki, sağlamlığa zərərli olan radiasiya smartfondan gəlir. Həm də təkcə zehni deyil, eyni zamanda fiziki baxımdan da zərərlidir.

Yatan insanı şüalandıran elektromaqnit dalğaları dəhşətli nəticələrə səbəb ola bilər. Kişilərdə, məsələn, sonsuzluğa.

Əgər mobil telefon ürək bölgəsinə yaxındırsa, narahatlıq səviyyəsi əhəmiyyətli dərəcədə artır.
Ümumiyyətlə, yastığın altındakı smartfon yuxunun keyfiyyətinə mənfi təsir göstərir ki, bu da tez-tez oyanmaqla, hətta yuxusuzluqda özünü göstərir.
 
Bundan əlavə, baş ağrıları meydana gəlir, qıcıqlanma yaranır və xərçəngə tutulma riski artır.
 
Əgər siz də smartfonunuzda mürgüləmə funksiyası olan zəngli saatdan istifadə etsənizsə, o zaman beyin cari yuxu fazasının daimi kəsilməsinə (siz oyanırsınız, düyməni basırsınız və yenidən yuxuya dalırsınız) neqativ reaksiya verəcək.

Siqnallar dopamin və serotoninin alternativ istehsalına başlayır ki, bu da sonradan gün ərzində beynin "uğursuzluqlarına" təsir göstərir: diqqəti cəmləyə bilməmək, əsəbilik, yorğunluq, əhval dəyişikliyi, süstlük və s.

Smartfonu yastığının altına qoymamağın başqa bir səbəbi yanğın təhlükəsidir. Belə hallar olub, həm də dəfələrlə.

www.SEN.az

About FERZELIYEV

Check Also

Meymunçiçəyinin dərmanı tapıldı

Britaniyalı həkimlər meymunçiçəyinin müalicəsi üçün dərman tapıblar.  SEN.az xəbər verir ki, bu barədə məlumat “Lancet” tibbi …

Kosmetika şirkətindən Ağstafada yaşayan qadınlara gözəllik dolu təklif -VİDEO

“NEW WELL” kosmetika şirkəti Ağstafada yeni məhsullarını təqdim edib. SEN.az TV-nin yerli bürosunun xəbərinə görə, …

Gündə bir stəkan pivə: 100 il yaşamaq ehtimalınız var

Tədqiqatlar təsdiqləyir ki, gündə bir stəkan pivə içən kişilərin 100 yaşına qədər yaşama ehtimalı 81 …

“Meymun çiçəyi” ilə bağlı XƏBƏRDARLIQ: Yoluxma sürətlə artacaq

Böyük Britaniya “meymun çiçəyi”nə yoluxma hallarında əhəmiyyətli artımla üzləşəcək. SEN.az-ın xarici mediaya istinadla xəbərinə görə, …

Xəstənin böyrəyindən 200-dən çox daş çıxarıldı

Altı aylıq işgəncədən sonra, Hindistanın Heydərabad şəhərindən olan 56 yaşlı kişinin böyrəyindən həkimlər 206 daşı …