Çərşənbə , İyul 6 2022

Dişlərin saralmasının SƏBƏBLƏRİ

Rusiyalı stomatoloq Vladimir Losyev dişlərin saralmasının səbəblərini açıqlayıb.

SEN.az-ın “lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, mədənin turşuluğunun artmasına diqqət yetirilməlidir.

Çünki mədə turşuluğunun artması nəticəsində diş minası incəlir. Bundan əlavə, tüpürcəklə bağlı problemlər dişin görüntüsünü dəyişdirən “lövhə” meydana gətirə bilər.

Siqaret çəkmək kimi zərərli vərdişlər də dişlərin saralmasına yol açır. O cümlədən qırmızı şərab, tünd çay, kofe də son nəticədə dişləri saraldır. Suşi həvəskarları üçün bu baxımdan bəd xəbər var. Suşidə istifadə edilən soya sousu da dişlərə mənfi göstərir.

O da nəzərə alınmalıdır ki, dentin sarımtıl rəngə malikdir. Buna görə də diş minasının üst təbəqəsinin aşınması və incəlməsi ilə dişlərin saralması ən çox müşahidə olunan haldır.

 

www.SEN.az

About FERZELIYEV

Check Also

Hansı dadlı nemətlər yuxuya getməyinizə mane olur?

Pəhriz yuxu keyfiyyəti və gözlənilən ömür uzunluğu da daxil olmaqla sağlamlığa böyük təsir göstərə bilər. …

Koronavirusun yeni dalğası barədə XƏBƏRDARLIQ

“Pfizer”in rəhbəri Albert Burla koronavirusun yeni dalğası barədə xəbərdarlıq edib.  SEN.az-ın xarici mediaya istinadla xəbərinə görə, Burla …

Ağcaqanadlar ən çox bu adamları dişləyir

“Denqe” və “Zika” viruslarına  yoluxmuş xəsətələr ağcaqanadları daha çox cəlb edir.  SEN.az xəbər verir ki, …

Bunları etsəniz, ömrünüz uzun olacaq

Nə qədər yaşayacağımız genlərimizdə yazılanlardan, eləcə də təsir edə biləcəyimiz bir çox başqa şeylərdən asılıdır. …

Bu xəstələrə masaj etdirmək olmaz

Masajın müsbət tərəfləri olduğu kimi, əks təsirləri də var. SEN.az xarici KİV-ə istinadən xəbər verir …