Şənbə , Avqust 13 2022

COVID-19 xəstələrinə bu dərmanlar lazımdırmı?

COVID-19-a yoluxan xəstələr antikoagulyantlar (qan laxtalanma müddətini uzadan dərmanlardır) lazımdırmı? Bu dərmanları qəbul etmək üçün göstərişləri olan xəstələrin xəstəxanaya yerləşdirmə və ölüm riski azala bilərmi?

SEN.az xarici mediaya istinadla bildirir ki, yeni araşdırma ilə bu sullara “bəli” cavabı alınıb.
 
COVID-19-u ağır keçirən xəstələrdə damarlarda və ya arteriyalarda qan laxtalanması meydana gəlməsinin çox yüksək riski var.

Ancaq antikoagulyantların qəbulu təhlükəli qanaxma riskini artırır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, digər əksər təşkilatların təlimatlarda həkim məslədi və müşahidələri olmadan ambulator müalicə üçün istifadə edilməməsi tövsiyə edilmir.

Minnesota Universiteti Tibb fakültəsinin tədqiqatçıları, koronavirusa yoluxmadan əvvəl antikoagulyantların müntəzəm olaraq qəbul edilməsinin, bu dərmanlara ehtiyacı olan xəstələrdə əlamətlərə görə sağalma şansını artırıb-artırmadığını öyrənmək qərarına gəliblər. Bunlar yaşlı insanlar, infarkt və ya iflic keçirənlər, bədxassəli şişləri olanlar, trombofiliya, hormon əvəzedici terapiya qəbul edənlər və digərləri olublar.

Elm adamları, 6200-ə yaxın yaşlı xəstənin COVID-19 məlumatlarını təhlil edərək, antikoaqulyantların ambulator şəraitdə istifadəsinin xəstəxanaya yerləşdirmə riskini 43 faiz azaltdığını müəyyənləşdiriblər. Xəstəxanaya düşmək ehtimalı hətta xəstəxanada müalicə tələb olunan digər tədqiqat iştirakçıları ilə müqayisədə yaşlı və xroniki xəstəlikləri olan xəstələrdə də azalıb.
 
 

www.SEN.az

About FERZELIYEV

Check Also

Yay hamilə qadınlar üçün təhlükəlidir – SƏBƏBİ AÇIQLANDI

Yayın istisində hamilə qadınların hamiləliyin özbaşına patoloji kəsilməsi riski artır. SEN.az xarici KİV-ə istinadla bildirir …

100 kilo arıqladı… – Kişilər onu İNDİ BƏYƏNİR

Mədə əməliyyatından sonra təxminən 100 kilo arıqlayan türkiyəli aktrisa Aslı Samat arıqlamağından danışıb. SEN.az xarici …

Depressiya haqqında bütün bildiklərimiz yanlışdır? – YENİ ARAŞDIRMA

Depressiyanın, zənn edildiyi kimi, insan beynində “xoşbəxtlik hormonu” olduğu deyilən serotoninin səviyyəsinin aşağı olmasından qaynaqlanmadığını …

Koronavirusu bloklayan yeni dərman yaradıldı

Kaliforniyanın Berkli Universitetinin alimləri burun spreyi formasında tətbiq olunan yeni dərman yaradıblar. SEN.az "Nature Communications"a istinadən …

Kifli pendirin faydaları və zərərləri

Bizim bəyənib yemədiyimiz  kifli pendir əslində  dünyanın ən bahalı pendir növlərindən sayılır. Bir çoban sayəsində …